Şriftin ölçüsü :

Saytın rəngi :

Martın 16-da Mingəçevir şəhər İcra Hakimiyyətində İctimai təşkilatların sədrləri ilə görüş keçirilib

16 mart 2024 | 12:05

       Novruz bayramı ərəfəsində şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov cəmiyyət sədrləri ilə görüşmüşdür. Görüşdə Şəhid ailələri ictimai birliyinin şəhər şöbəsinin sədri İranə Həsənova, Qarabağ Əlilləri və Şəhid ailələri cəmiyyətləri ictimai birliyinin şəhər şöbəsinin sədri Əlağa Bəndəliyev, Qarabağ qaziləri ictimai birliyinin şəhər şöbəsinin sədri Məxluq Həsənov və Vətən müharibəsi qazisi Pərviz Məmmədov iştirak iştirak ediblər.

      Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüş iştirakçılarını salamlayaraq qarşıdan gələn Novruz bayramı münasibətilə onları və ailə üzvlərini təbrik etmiş, xoş arzularını çatdırmışdır. Ölkəmizdə şəhid ailələrinə, qazilərə, birinci və ikinci Qarabağ müharibəsi veteranlarına göstərilən diqqət və qayğıdan danışmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə müvafiq olaraq bu qəbildən olan insanlara davamlı olaraq qayğı göstərildiyini diqqətə çatdırmışdır. Mingəçevirdə şəhid ailələrinin üzvləri ilə, Vətən müharibəsi qaziləri ilə, veteranlarla vaxtaşırı olaraq görüşlərin keçirildiyini deyən şəhər rəhbəri torpaqlarımızın azad olunmasında, yurdumuzun ərazi bütövlüyünün təmin olunmasında xidmətləri olan hər bir şəhidin xatirəsinin əziz tutulduğunu qeyd edib, qazilərə hər cür dəstək göstərildiyini bildirib. Milli və dini bayramlarımız, anım günü münasibəti ilə onlara xüsusi yanaşıldığını, bayram sovqatının verilməsinin ənənəyə çevrildiyini vurğulayıb.

       Novruz bayramı ərəfəsində şəhər İcra Hakimiyyətinin xətti ilə Şəhid ailələrinə və qazilərə yenə də dəstək durulduğu qeyd olunub. Cəmiyyət sədrlərinə bildirilmişdir ki, onların Novruz bayramlarını təbrik etmək üçün ölkə Prezidentinin tapşırığına əsasən şəhər İcra Hakimiyyəti tərəfindən 505 ərzaq bağlaması hazırlanmış və onlar sizin dəstəyinizlə Şəhid ailələrinə, birinci və ikinci Qarabağ müharibəsi veteranlarına çatdırılacaqdır.

     Görüşdə cəmiyyət sədrlərindən İranə Həsənova, Əlağa Bəndəliyev, qazi Pərviz Məmmədov çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə və şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər