Mart ayınn 14-də, ilaxır çərşənbə günü Azərbaycan İES yayayış massivinin sakinləri bahar təravətli bayram sevincinin şahidi oldular.
15 mart 2023 | 13:59
Həmin gün A.Niftəliyev adına Mədəniyyət Mərkəzinin qarşısında toplaşan insanlar xoş əhval-ruhiyyədə bayram sevinci yaşadılar. Tədbirə qatılan şəhər İcra Hakimiyətinin başçısı İlham İsmayılov sakinlərə bayram təbriklərini çatdırdı, xoş arzularını bildirdi. Xalqımızın qədim bayramlarından olan Novruzun gəlişinin insanlarda ruh yüksəkliyi yaratdığını dilə gətirərək qeyd etdi ki, arzu edirəm bu Novruz yurdumuza əmin-amanlıq, səadət gətirsin, insanlar xöşbəxt yaşasınlar, ruzu-bərəkət evlərinizdən əskik olmasın. Qoy ölkəmizin başı üzərindən qara buludlar çəkilsin, uşaqlar qayğısız böyüsünlər, Azərbaycan dünyaya işıq kimi saçsın. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi qüdrətinin artması hər bir vətən övladını fərəhləndirir və biz bununla qürur duyuruq. Bu əziz gündə xalqımızı sıx birliyə, Prezidentimizin ətfrafında birləşməyə və xöşbəxt gələcək uğrunda fəal iştiraka dəvət edirəm. Sonra mədəniyyət işçilərinin ifasında mahnılar təqdim olundu. Novruz tonqalının ətarafında deyib-gülən, şənlənən, rəqs edən sakinlər öz sevinclərini ifadə edirdilər. Keçəlin, Kosanın məzhəkəli oyunları sakinlərin ürəyincə oldu. Həmin gün yaddaşlarda xoş izlər buraxdı.