Mart ayının 18-də baharın müjdəçisi olan Novruz bayramı münasibəti ilə Mingəçevirdə Novruz şənliyi keçirilmişdir.
19 mart 2025 | 10:25
Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Novruz bayramı münasibəti ilə təbriklərini çatdırıb, hər kəsə həmişə bu cür bayramları yüksək əhval ruhiyyə, təntənə ilə qeyd etməyi arzulayıb. Novruz tonqalının alovlandırılması şənliyə xüsusi çalarlar qatdı, hər kəs bir birini təbrik edərək baharın gəlişi münasibəti ilə səmimi arzularını çatdırdı. Beləcə, bayram tədbiri iştirakçıların xatirəsində xoş iz buraxdı.