Şriftin ölçüsü :

Saytın rəngi :

Mart ayının 17-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyar görüş keçirib

17 mart 2023 | 17:35

Səyyar qəbul Mingəçevir Tibb Kollecinin foyesində keçirilib. Naxçıvan, A.Şaiq, Y.Mansurov, C.Əliyev və F.Əzimov küçələrinin sakinləri ilə görüşdə 80 nəfər iştirak edirdi. Mingəşevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında keçirildiyini qeyd edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü ildə imzaladığı müvafiq Fərmanına əsasən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində ölkəmizin bütün regionlarında olduğu kimi Mingəçevir şəhərində də həyata keçirilən tikinti-quruculuq işlərinin sürətləndiyindən danışdı. Eyni zamanda İcra başçısı Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və vətəndaşlara bu platformadan istifadə etmələrini tövsiyə edib. Qəbul zamanı 12 sakinin problem və təkliflərini dinləyən İcra hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən işsizliyin aradan qaldırılması, bəzi küçələrdə dalanlara asfaltın vurulması, işıqlanmanın zəifliyi, bəzi binaların qarşısından zibillərin vaxtında aparılmaması və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıqlarını verdi.

Keçidlər