Şriftin ölçüsü :
Saytın rəngi :
Mingəçevir Turizm Kollecində 24 aprel 2025-ci il tarixində "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar tələbələrin iştirakı ilə dəyirmi masa təşkil olunub. Tədbirdə, Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov, Mingəçevir şəhər Yeni Azərbaycan Partiyasının sədri Bəxtiyar Mustafayev, kollecin Tədris şöbəsinin müdiri, tarixçi Ceyhun Abdullayevin, tarix müəllimi Məleykə Vəliməmmədovanın və kollec tələbələri çıxış ediblər. Tədbirin sonunda kollecin Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan əməkdaşlarına partiyanın üzvlük vəsiqələri təqdim olunub.
Eyni zamanda Mingəçevir Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində magistrantların VII elmi-nəzəri konfransı keçirilmişdir.
Silsilə tədbirlərin davamı olaraq Yaşıllaşdırma və Sanitar təmizlik İdarəsinin işçiləri tərəfindən ağac əkmə aksiyası keçirilmiş, H.Əliyev prospekti Bayraq meydanından Şərq giriş qapısinadək olan məsafəyə 200 ədəd ağac tingi əkilmişdir.