Şriftin ölçüsü :

Saytın rəngi :

"Konstitusiya və Suverenlik ili" elan olunması ilə əlaqədar "Gənclər evi" Sosial Xidmət Müəssisəsində dəyirmi masa təşkil olunmuşdur.

08 sentyabr 2025 | 14:17

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə elan olunmuş 2025-ci il ilin "Konstitusiya və Suverenlik ili" elan olunması ilə əlaqədar olaraq Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin əməkdaşları tərəfindən "Gənclər evi" Sosial Xidmət Müəssisəsində dəyirmi masa təşkil olunmuşdur. Tədbirdə idarənin əməkdaşları Həsənova Günel, Kərimova Nargilə və Quliyeva Günay çıxış edərək bildirdilər ki, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı, Azərbaycanın müstəqilliyinin qorunmasında və suveren dövlət kimi formalaşmasında həlledici rol oynamışdır. Dahi şəxsiyyətin əsasını qoyub həyata keçirdiyi siyasi kurs nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə etibarı gücləndirildi, beynəlxalq əlaqələr möhkəmləndirildi, ölkədə siyasi sabitlik təmin edildi, hüquqi və iqtisadi islahatlar aparıldı, hüquqi dövlət quruculuğu yolunda ən mühüm addımlardan biri atıldı – müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Azərbaycan Respublikasının Konstitusiyası müstəqilliyimizin hüquqi təminatı, dövlət quruculuğunun əsas hüquqi bazası, suverenliyimiz isə dövlətimizin gücünün rəmzidir. Sonda da qeyd etdilər ki, qəhrəman Azərbaycan Ordusunun qanı, canı bahasına əldə edilmiş müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz əbədi olsun!

Keçidlər