Şriftin ölçüsü :
Saytın rəngi :
06 may 2025-ci il tarixdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında “Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya”nın cari il üçün illik iş planına müvafiq olaraq şəhərin Energetiklər yaşayış massivindəki Mənzil Kommunal Təsərrüfatı Kombinatının ərazisində yaşayan uşaqların əl işlərindən ibarət sərgi təşkil olunmuşdur. Sərginin keçirilməsində məqsəd uşaqlar arasında konstitusiyanın təbliği və daha dərin şəkildə öyrədilməsi idi.
Tədbirdə müstəqil Azərbaycanın qurucusu, Ulu öndər Heydər Əliyevin və vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxış edən Komissiyanın aparıcı məsləhətçisi Qorxmaz Abbaszadə Konstitusiyamızda təsbit olunmuş uşaqların hüquqları və onlara göstərilən dövlət qayğısından söz açmışdır. Daha sonra uşaqların müxtəlif mövzularda hazırladıqları rəsm əsərləri nümayiş olunmuşdur.