Şriftin ölçüsü :

Saytın rəngi :

İyun ayının 8-də Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyar görüş keçirdi.

08 iyun 2023 | 14:29

Görüşdə İcra aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, Nizami, H.Əliyev, N.Nərimanov küçələrinin sakinləri iştirak edirdilər. Nizami küçəsindəki 8 nömrəli yaşayış binasının qarşısında keçirilən görüşdə 75 nəfər iştirak edirdi. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirakçıları salamladıqdan sonra ölkəmizdə və şəhərimizdə həyata keçirilən tikinti-quruculuq işlərindən danışaraq bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən möhtəşəm layihələrin sahəsi genişlənir. Şəhərimizdə abadlıq quruculuq işləri davam edir, məhəllələrdə əsaslı təmir işləri aparılır, nümunəvi məhəllələr yaradılır, yeni park və istirahət məskənləri salınır. Bütün bu işlər sakinlərin rahatlığının təminatı üçün nəzərdə tutulur. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq şəhər sakinləri ilə səyyar görüşlərin keçirilməsinin əsas məqsədi sizləri narahat edən problemləri öyrənmək və onların həllinə nail olmaqdır.

Vətəndaşların müraciətləri əsasən, ağacların budanması, həyətlərin abadlaşdırılması, zirzəmilərin, kanalizasiya xətlərinin təmiri, küçə və həyətlərin işıqlandırılması, binaların dezinfeksiya olunması, iş ilə təminat və s. məsələlərlə bağlı olub. İcra başçısı İlham İsmayılov qaldırılan problemləri diqqətlə dinlədikdən sonra görüşdə iştirak edən İcra Hakimiyyətinin məsul şəxslərinə, idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlarını verdi.

Keçidlər