İyun ayının 16-da Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürklə tanışlıq görüşü oldu.
16 iyun 2022 | 16:44
Görüşdə konsulun həyat yoldaşı Ayfər Öztürk və köməkçisi Yeganə Fərəcova iştirak edirdilər. İlham İsmayılov hörmətli qonaqları salamladıqdan sonra şəhərimiz haqqında öna ətraflı məlumat verdi: “Qədim yaşayış məskəni kimi tanınan Mingəçevir 1948-ci il noyabr ayının 11-də şəhər statusu almışdır. Burada 106591 nəfər yerli əhali və 20 mindən artıq məcburi köçkün yaşayır. Şəhər statusu aldıqdan sonra Mingəçevir inkişaf etmiş., Azərbaycanın dördüncü sənaye şəhəri kimi tanınmışdır. Bu gün şəhərdə çoxlu sayda park və xiyabanlar salınmış, sənaye müəssislləri istifadəyə verilmiş, Asan Xidmət Kompleksi fəaliyyətə başlamışdır. “Mingəçevir Su Elektruk Stansiyası Silsiləsi”, “Azərbaycan İES” MMC-lər respublikanın enerji ilə təminatında xüsusi rol oynayırlar. “Azneftemaş”, “Akkord Mingəçevir Maşınqayırma zavodu”, “Mingəçevir İzolit” ASC-lər, ”İnterenerji Elektrik Beton dayaqları istehsalı” MMC, “Kür Olimpiya Tədris İdman Mərkəzi” şəhərin inkişafında öz töhfələrini verirlər. Bu gün Mingəçevirdə dördulduzlu otellərin sayı çoxalıb. Mingəçevir Su Anbarının şəhərin turizm potensialının inkişafında öz rolu vardır. Şəhərimizdə bir universitet, iki kollec, bir peşə məktəbi, iki lisey, 20 orta məktəb, bir gimnaziya, üç musuqi məktəbi, iki uşaq bağçası.ş Dövlət Dram Teatrı, rəsm qalereyası, şahmat məktəbi, muzey, on iki kitabxana, mədəniyyət eviləri-klub, iki qəzet redaksiyası, şəhər mərkəzi xəstəxanası fəaliyyət göstərir. İcra başçısı şəhərimizdə həyata keçirilən bir sıra mühüm tədbirlər haqqında da hörmətli qonağa məlumat verdi. Torpaqlarımız işğaldan azad olunduqdan sonra respublikamızın hər yerində olduğu kimi şəhərimzdə də geniş abadlıq quruculuq işləri həyata keçirilir”. Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk Mingıəçevir haqqında öz təssüratlarını bölüşdü. Qonaqpərvərliklə qarşılandığı üçün Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısına minnətdarlğını bildirdi. Mingəçevirə gəlişindən məmnunluğunu ifadə etdi. Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq münasibətindən bəhs edərək Türkiyə şəhərlərinin Azərbaycanın bir çox bölgələri ilə qardaşlıq əlaqələrini nümunə göstərdi. O cümlədən Mingəçevirin Türkiyənin bölgələri ilə əlaqələrinə toxundu. Gölbaşı, Böyükşəhər kimi bölgələrin Mingıeçvirlə əlaqəsini yüksək qiymətləndirdi. Mingəçevir Dövlət Universiteti ilə Türkiyənin bir çox şəhərərinin əlaqələrini ön plana gətirdi. Qeyd etdi ki, Türkiyənin iş adamları ilə bu cür əlaqələrin yaradılması hər iki tərəf üçün böyük fayda gətirər. Görüşdə bir çox qarşılıqlı məsələlərə toxunuldu. Sonda şəhər icra Hakimiyyətinin başçısı İlham İsmayılov və Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk bir birlərinə xatirə hədiyyələri təqdim etdilər. Görüşdən xatirə şəkilləri çəkdirildi. Həmin gün hörmətli qoaq şəhərlə tanışlıq məqsədi il bir çox müəssilərdə oldu.