Şriftin ölçüsü :

Saytın rəngi :

İyun ayının 10-da M.Maqomayev küçəsində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyari görüşü keçirildi.

10 iyun 2022 | 16:35

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü iyun ayının 10-da M.Maqomayev küçəsindəki 79 saylı binanın qarşısında oldu. Şəhərin idarə, müəssisə və təşkilat rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, yaşayış massivi sakinlərinin, KİV təmsilçilərinin iştirak etdiyi görüşü açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşə gələn sakinləri salamladıqdan sonra qeyd etdi ki, ölkəmizdə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə geniş quruculuq işləri həyata keçirilir. Xüsusilə 30 ilə yaxın müddətdən sonra işğaldan azad olunan torpaqlarımızda həyatın yenidən bərpa olunması üçün çoxsahəli layihələr həyata keçirilir. Bir çox beynəlxalq və ölkəmiqyaslı tədbirlər Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilir. Bu tədbirlərdə dünyanın əksər ölkələrinin tanınmış elm, mədəniyyət xadimləri ictimaiyyət nümayəndələri yaxından iştirak edirlər. Qürurverici haldır ki, Şuşa artıq dünyanın ən gözəl istirahət yerlərindən birinə çevrilir. Ümumiyyətlə Qarabağ bölgəsində və ona bitişik rayonlarda həyatin canlanması davam etməklə yanaşı keçmiş məcburi köçkünlərin öz yurd yuvalarına qayıtması üçün mühüm tədbirlər həyata keçirilir. Şəhər İcra Hakimiyyətinin başçısı eyni zamanda qeyd etdi ki, buna müvafiq olaraq Mingəçevirdə də böyük abadlıq işləri görülür. Şəhərin park və xiyabanları əsaslı şəkildə qaydaya salınaraq insanların istifadəsinə verilir. Bir çox məhəllə və yaşayış sahələrində nümunəvi idman qurğuları, uşaqların əylənməsi üçün atraksionlar, söhbətgahlar qurularaq istifadəyə verilir. Xoşagələn haldır ki, Mingəçevirlilər və ona bitişik rayonlarda yaşayan sakinlər yaradılmış imkanlardan layiqincə bəhrələnirlər. Hazırda şəhərimizin su kanalizasiya sistemlərinin, qaz xətlərinin, işıqlandırma sisteminin bərpa və yenidən qurulması işləri uğurla davam etdirilir. Bütün bunlar insanların rahatlığı, məmnunluq hisslərinin artırılması üçün cənab prezidentimizin tapşırığına müvafiq olaraq yerinə yetirilir. Məhz bu günkü görüşümüzün əsas məqsədi də sizləri dinləmək, təklif və tövsiyələrinizi həyata keçirmək üçün imkanların əldə olunmasına şərait yaratmaqdır. Bu məqsədlə meydanda qoyulmuş açıq mikrafondan istifadə etməklə fikir və təkliflərinizi, qarşılaşdığınız çətinlikləri dilə gətirə bilərsiniz. Görüşdə M.Maqomayev küçəsindəki 79 saylı binanın sakinləri ilə yanaşı şəhərin digər məhəllə və küçələrindəki yaşayış binalarının sakinləri də iştirak edirdilər. Sakinlərdən Həsən Məmmədov, şəhid atası Nəbi Ruşanov, Sədaqət Baxşəliyeva, Füzuli Məmmədov, Fərman Nəbiyev, Namizəd Osmanov, Firuzə Abbasova, Sevinc İsgəndərova, Nişad Məhərrəmov və başqaları açıq mikrafona yaxınlaşaraq bu günkü görüşün təşkilinə görə və onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və şəhər İcra Hakimiyyətinin başçısına minnətdarlıqlarını ifadə etdilər. Bildirdilər ki, Mingəçevir şəhəri öz yaşıllığl və gözəlliyi ilə daim diqəti cəlb edir. Şəhərimizə ölkə rəhbərliyinin hərtərəfli qayğısı özünü büruzə verir. Eyni zamanda problem və çatışımazlıqlar da mövcuddur və onların aradan qaldırılması vacib məsələlərdir. Ağacların budanması, kəsilməsi, su kanalizasiya xətlərinin, əsasən binaların zirzəmilərindəki kanalizasiya xətlərinin nizama salınması, M.Maqomayev küçəsindəki 79 saylı binanın qarşısında idman meydançasının, basketbol oyunu üçün qurğuların nizamlanması, burada salınmış şəhid bulağının yaxınlığında oturacaqların sayının artırılması diqqət çəkən məsələlərdəndir. Sakinlər binaların zirzəlmilərinə yığılmış çirkab siların təmizlənmsini, mövcud olan həşaratların məhv edilməsini, ümumiyyətlə dezinferksiya işlərinin qaydaya salınmasını icra başçısından xahiş etdilər. Bununla yanaşı sağlamlıqları ilə bağlı pensiyalarını vaxtında almamaları ilə bağlı da müraciətlər olundu. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan problemləri diqqətlə dinlədikdən sonra görüşdə iştirak edən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə, icra hakimiyyətinin məsul şəxslərinə tapşırıqlarını verərək həmin məsələlərin qısa müddətdə həllinə nail olunması üçün əməli işlər görüləcəyini bildirdi.

Keçidlər