Şriftin ölçüsü :

Saytın rəngi :

İyun ayının 1-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyar görüş keçirdi.

01 iyun 2023 | 18:03

Görüşdə şəhər polis şöbəsinin rəisi Ədalət Əliyev, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət, media nümayəndələri, N.Nərimanov, Puşkin, H.Əliyev küçələrinin və Bağlar yaşayış massivinin sakinləri iştirak edirdilər. N.Nərimanov küçəsindəki 27 nömrəli yaşayış binasının qarşısında keçirilən görüşdə 60 nəfər iştirak edirdi. Şəhər rəhbəri İlham İsmayılov iştirakçıları salamladıqdan sonra ölkəmizdə və şəhərimizdə aparılan abadlıq-quruculuq işləri haqqında qısa məlumat verdi. Bildirdi ki, Prezident cənab İlham Əliyevin tapşırığı ilə keçirilən səyyar görüşlərin əsas məqsədi vətəndaşların yanında olmaq, problemləri ilə maraqlanmaq və müraciətlərini həll etməkdən ibarətdir. Vətəndaşların müraciətləri əsasən, yaşıllıqların suvarılması, həyətlərin abadlaşdırılması, dam örtüklərinin, zirzəmilərin, kanalizasiya xətlərinin təmiri, küçə və həyətlərin işıqlandırılması, mənzil şəraitinin yaxşılaşdırılması, iş ilə təminat və s. məsələlərlə bağlı olub. İcra başçısı İlham İsmayılov qaldırılan problemləri diqqətlə dinlədikdən sonra görüşdə iştirak edən İcra Hakimiyyətinin məsul şəxslərinə, idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlarını verdi. Görüşün sonunda sakinlər Azərbaycandakı inkişaf və sabitlik üçün ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər