Şriftin ölçüsü :

Saytın rəngi :

İyulun 3-də Mingəçevirdə uşaqlar üçün yaradılmış yeni idman meydançasının açılışı oldu.

04 iyul 2026 | 11:01

       Ölkə Prezidenti İlham Əliyevin uşaqlara, gənclərə, onların fiziki sağlamlığına, təhsilinə göstərdiyi diqqət və qayğı sayəsində regionlarda inkişaf proqramının icra edilməsi uğurla davam edir.

      Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəhbərliyi və əməkdaşları, şəhər təhsil sektorunun rəhbərliyi, ictimaiyyət nümayəndələri, idarə və müəssisələrin təmsilçiləri, idmançılar, qazilər, sakinlər və uşaqlar iştirak ediblər.

      Heydər Əliyev prospektində, keçmiş toxuculuq kombinatının yataqxanalarının yerləşdiyi məhəllədə ölkə Prezidentinin 15 iyul 2024-cü il tarixdə imzaladığı "Sağlam Məhəllə" layihəsi çərçivəsində uşaqların fiziki sağlamlığı, əylənməsi, şən istirahət etməsi məqsədilə yaradılan mini idman kompleksində futbol və basketbol meydançalarının, stolüstü tennis, şahmat və bir çox idman qurğularının quraşdırıldığı məkanın açılışı oldu. Layihə regionlarda idmanın kütləviliyinin artırılmasına və sağlam həyat tərzinin təbliğnə xidmət edir. Uşaqların qayğısız əyləndiyi, oynadıqları dəqiqələrdə qonaqlar şəraitlə tanışlıq etdilər, balacalarla söhbətlər və xatirə şəkillərinin çəkilməsi ilə tarixi bir gün yaşandı.

       Yaradılan şərait üçün ölkə Prezidentinə minnətdarlıq ifadə olundu. Qeyd edək ki, layihə çərçivəsində ölkəmizin digər regionlarında da uşaqlar üçün bu cür şərait yaradılır.

Keçidlər