Şriftin ölçüsü :

Saytın rəngi :

İyulun 18-də Meksika səfiri Rodriqo Labardini Mingəçevir şəhərində olmuşdur.

18 iyul 2022 | 15:47

İyulun 18-də Meksika səfiri Rodriqo Labardini Mingəçevir şəhərində olmuşdur. Hörmətli qonağı şəhər İcra Hakimiyyətində qarşılayan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov onunla səmimi görüşdükdən sonra şəhərimiz haqqında ətraflı məlumat vermişdir. Şəhərin yaranma tarixindən, əhalisinin sayından, ərazisindən, o cümlədən şəhərdə məskunlaşan məcburi köçkünlərin sayından söhbət açan icra başçısı şəhərdə fəaliyyət göstərən muzeylər, park və xiyabanlar, sənaye parklarından bəhs etdi. Yüksək Texnologiyalar parkı, “Asan Həyat” kompleksi, “Mingəçevir Su Elektrik Stansiyası Silsiləsi” MMC, “Azərbaycan İES” MMC, “Azneftemaş” ASC, “Kür Olimpiya Tədris İdman Mərkəzi” və bir sıra digər müəssisələr haqqında ətraflı məlumat vermişdir. Mingəçevirin qədim yaşayış məskəni olduğunu, arxeoloji qazıntılar zamanı buranın 4-5 min illik tarixi olduğu aydınlaşmışdır. Müasir Mingəçevirdə təhsil ocaqlarından bəhs edən icra başçısı burada universitet, kollec və digər təhsil, mədəniyyət müəssisələrinin olduğunu bildirdi. Daha sonra hörmətli qonağa Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı məsələlər haqqında məlumat verdi. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibə zamanı erməni təxribatlarına son qoyulmasından bəhs edərək qeyd etdi ki: “Müharibə zamanı Azərbaycanın 8 rayonu azad olunmuş, sərhədlərimiz bərpa olunmuşdur. İndi həmin bölgələrdə abadlıq quruculuq işləri uğurla yerinə yetirilir. Mingəçevir şəhərinin cəbhə bölgəsindən uzaq olmasına baxmayaraq ermənilərin şəhərimizə qarşı da təxribatları özünü göstərmişdir. Belə ki, onlar tərəfindən atılan raketlərin bir neçəsi Azərbaycan İstilik Elektrik Stansiyası ərazisinə və onun ətrafına düşmüşdür. Bu isə ölkənin ən böyük enerji istehsal edən müəssisəsi üçün təhlükə demək idi. Şəhər əhalisi də bundan çox narahatlıq keçirdi. İşğal altında olan ərazilərimizdə yüzlərlə tarixi və dini abidələrimiz, şəhərlərimiz və kəndlərimiz məhv edilmişdir. Hazırda Azərbaycan dövləti öz gücü hesabına işğaldan azad olan ərazilərimizi bərpa edir. Ümidvarıq ki, yaxın gələcəkdə vaxtilə həmin ərazilərdə yaşamış soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar.” Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini səmimi qarşılandığına və xoş sözlərə görə şəhər İcra Hakimiyyətinin başçısına minnətdarlığını bildirdi. Xeyli müddətdir ki, Azərbaycanda səfirlik fəaliyyəti ilə məşğul olduğunu dilə gətirən hörmətli qonaq ikinci dəfədir ki, Mingəçevir şəhərinə gəldiyini diqqətə çatdırdı. Şəhərlə xoş münasibətdə olduğuna görə təşəkkürünü bildirdi. Burada Meksikalı rəssamın sərgisinin təşkilinə görə şəhər rəhbərliyinə təşəkkürünü bildirdi. Eyni zamanda Azərbaycanla Meksika arasındakı əlaqələrə toxundu. 2007-ci ildən bəri Meksikadakı Azərbaycan səfirliyinin fəaliyyətinə toxundu. Buna müvafiq olaraq 2014-cü ildə Azərbaycanda Meksika səfirliyinin açılmasını təqdiri hal kimi dəyərləndirdi. Bir sıra mühüm məsələlərə, xüsusilə ticari iqtisadi əlaqələrə toxunan səfir xatırlatdı ki, bu istiqamətdə işlər artıq ən yüksək səviyyədə davam edir. Meksika Azərbaycanın ən yaxın ticari-iqtisidi əlaqələndidicilərindən biridir. Xüsislə neft və neft avadanlıqlarının təchizatında xüsusi rol oynayır. Hörmətli qonaq Meksikanın Proqreso De Kastro şəhəri ilə Mingıçevir şəhərinin qardaşlaşmış şəhərlər kimi tanınması haqqında təklifini irəli sürdü. Meksikanın bu şəhərində 60 min əhalinin yaşadığını və onun turizm şəhəri kimi tanındığını qeyd etdi. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov təklifi minnətdarlıqla qarşılandığını dilə gətirdi və yaxın müddətdə bunun həllinə nail olmağı arzuladı . Sonda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov hörmətli qonağa şəhərimizin rəmzi somvolunu əks etdirən xatirə hədiyyəsi təqdim etdi. Qonaqla birgə şəkil çəkdirildi. Görüşdən sonra səfir cənab Rodriqo Labardini Heydər Əliyev Mərkəzinə, “Dövlət rəmzləri” muzeyinə, Gənclər evinə, Mingəçevir Dram Teatrına, “Mingəçevir Tekstil” və “HTECH İnvest” MMC-lərə və Mingəçevir Su anbarı ətrafına səfər edib.

Keçidlər