İsti havaların yaxınlaşması ilə əlaqədar Mingəçevir sakinləri və şəhərimizin qonaqları çimərliklərə axın edir.
Çimərlikdə təhlükəsizlik qaydaları- Çimərlikdə qadağandır:
– Çimmək üçün nəzərdə tutulmamış ərazilərdə çimmək!
– Çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək!
– Küləkli havada dənizə girmək!
– Sərxoş halda çimərliyə gəlmək və ya burada spirtli içki qəbul etmək!
– Çimərlikdə gecələmək, fırtınanın yaxınlaşması xəbərdarlığından sonra çimərlik ərazisində qalmaq!
– Suda kobud hərəkətlər etmək!
– Çimərliyi məişət və digər tullantılarla zibilləmək!
– Çimərliyə ev heyvanlarını gətirmək!
– Uşaqlar yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməlidir!
– Uşaqlar çimərlikdə nəzarətsiz qoyulmamalıdır!
– Uşaqlar çimərlikdə yalnız onlar üçün ayrılmış yerlərdə çimməlidir!
– Xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!
– Xəbərdaredici nişanların və lövhələrin tələblərinə əməl olunmalıdır!
– Günün qızmar saatlarında günəş altında fasiləsiz dayanmaq təhlükəlidir!






