Şriftin ölçüsü :
Saytın rəngi :
03-06 iyun 2026-cı il tarixdə Gürcüstanın Tbilisi şəhərində keçirilən “Davamlı gələcək üçün Cənubi Qafqazı birləşdiririk” adı altında XVI Davamlı İnkişaf üzrə Regional Forumunun açılışı olmuşdur. Forumdan əvvəl Tbilisidəki ulu öndərin abidəsi ziyarət edildi və önünə gül dəstələri düzüldü. Azərbaycanın Gürcüstandakı səlahiyyətli Səfiri Faiq Quliyev də ziyarətdə iştirak etdi. Forumun açılış mərasimində Gürcüstan prezidenti, baş naziri və digər rəsmi nümayəndələr çıxış etdilər.
Qeyd edək ki, forumun əsası 2007-ci ildə Tbilisi Yerli İqtisadi İnkişaf Forumu (LED Forum) kimi qoyulub. Bu platforma şəhərlərin dayanıqlı inkişafına və tərəqqisinə yönəlmiş gələcəyinin qurulmasına xidmət edən müzakirələrin aparılması, təcrübə mübadiləsi və uzunmüddətli tərəfdaşlıqların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Hər il keçirilən forum yerli və beynəlxalq məruzəçiləri, müxtəlif sahələr üzrə ekspertləri, bələdiyyə nümayəndələrini və akademik dairələrin təmsilçilərini bir araya gətirərək, dayanıqlı inkişaf sahəsində aktual məsələlərin müzakirəsi üçün geniş imkanlar yaradır.