III MDB Oyunlarının karate yarışları başa çatıb
08 oktyabr 2025 | 14:38
III MDB Oyunları çərçivəsində Gəncə, Mingəçevir, Qəbələ, Yevlax, Şəki, Göygöl, Xankəndi şəhər və rayonlarında keçirilən yarışlarda 23 idman növündə qələbə uğrunda mübarizə aparılıb. III MDB Oyunlarının oktyabrın 3-4-də Mingəçevirdə keçirilən karate yarışlarının ilk günündə idmançılarımızdan Roman Heydərov (kata), Mədinə Sadiqova (55 kq) və Nuran Rzazadə (67 kq) qızıl, Nəzrin Piriyeva (55 kq) və Fərid Savadov (60 kq) gümüş medala layiq görülüblər. Bundan başqa, İnci Əzizova (50 kq), Aslan Dostuyev (67 kq), eləcə də kata üzrə mübarizə aparan Ramilə Heydərova və Rövşən Əliyev bürünc medallara sahib olublar. Oktyabrın 4-də isə İrina Zaretska (68 kq), Fərid Ağayev (75 kq) və Turqut Həsənov (84 kq) qızıl, Asiman Qurbanlı (+84 kq) gümüş, Aysu Əliyeva (61 kq), Rəşid Süleymanov (75 kq), Fərid Şahbazlı (84 kq) isə bürünc medal qazanıblar. Beləliklə, karateçilərimiz turniri 16 medalla başa vurublar.