III MDB Oyunları davam edir
01 oktyabr 2025 | 11:34
III MDB Oyunları çərçivəsində Gəncə, Mingəçevir, Qəbələ, Yevlax, Şəki, Göygöl, Xankəndi şəhər və rayonlarında keçirilən yarışlarda 23 idman növündə qələbə uğrunda mübarizə aparılır. Sentyabrın 30-da Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində III MDB Oyunlarının taekvondo yarışlarına yekun vurulub. Azərbaycan idmançılarından Vasif Səlimov (68 kq) qızıl, Səmərrux Osmanova, Zemfira Həsənzadə (hər ikisi 49 kq), Nigar Abdullayeva, Leyla Bəşirova (hər ikisi 57 kq), Fuad Məhərrəmli, Məhəmməd Həsənli (hər ikisi 58 kq), Zemfira Aslanova, Nərmin Ənsəri (hər ikisi 67 kq), Rza Əsədli (80 kq) və Xan Məmmədzadə (+87 kq) bürünc medal qazanıblar.