Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhid anasını və şəhid ailəsini müalicə aldıqları xəstəxanada ziyarət edib.

07 avqust 2024 | 15:49

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi, İkinci Qarabağ savaşı Azərbaycanın hərb tarixində və xalqımızın yaddaşında şanlı salnamə kimi hər zaman qürurla xatırlanacaq. 44 günlük müharibə dövlətimizin və ordumuzun qüdrətini bütün dünyaya göstərməklə yanaşı, eyni zamanda, Ali Baş Komandanın elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarının xalqımızın müqəddəs Vətən torpağı uğrunda haqq savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı olduğunu göstərdi. 44 gün davam edən müharibə həm də bütün dünyaya haqqın, ədalətin, beynəlxalq hüququn kimin tərəfində olduğunu, bu torpaqların əsl sahibinin kim olduğunu sübut etdi. Qazandığımız bütün Qələbələr şəhidlərimizin qanı, canı, qazilərimizin sağlamlığı bahasına əldə edildi. Şanlı Zəfəri bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə əlillərinə, iştirakçılarına qayğı göstərmək də vətəndaş olaraq hər birimizin ən ümdə vəzifəsi olmalıdır. Hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik.

Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə, vətəndaşlara göstərdikləri dövlət qayğısı Mingəçevir şəhərində də hər zaman nümunə götürülür, bu qayğı görülən işlərdə, həyata keçirilən tədbirlərdə öz real əksini tapır. Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan şəhər rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq xeyirxah əməlini davam etdirir. Şəhid ailələrini, yaralılarımızı, qazilərimizi hər zaman ziyarət edir, qayğıları ilə maraqlanır.

Avqustun 7-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, ŞPŞ rəisi,polis polkovniki Ədalət Əliyev səhhətləri ilə əlaqədar Mingəçevir Mərkəzi Xəstəxanasında müalicə alan hər iki övladını şəhid vermiş Sevinc Əhmədovanı və 1-ci Qarabağ müharibəsi şəhidinin həyat yoldaşı Xəlilova Arzu xanımı ziyarət etmişlər və onların sağlamlıqları ilə maraqlanmışlar. Şəhər rəhbəri hər zaman olduğu kimi, yenədə bu qəbildən olan insanlara hər zaman qayğı göstərmələrini, diqqət ayırmalarını bildirib. "Mingəçevir Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktor əvəzi Ülfət Qurbanov şəhid anasının, şəhid ailəsinin sağlamlıqları barədə məlumat verərək vəziyyətlərinin normal olduğunu, həkimlərin əlindən gələni əsirgəmədiyini, hər cür kömək göstərildiyini bildirib.

Keçidlər