Şriftin ölçüsü :
Saytın rəngi :
Mingəçevir şəhər İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini daha da genişləndirir. Könüllülük fəaliyyətinə gənclər 2 ay müddətinə qoşularaq müxtəlif sosial bacarıqlarını göstərirlər. Bu gün Mingəçevir şəhər İcra Hakimiyyətinə növbəti təcrübə keçmək üçün 5 gənc qəbul edildi. Onlardan 4-ü Nuruzadə Lalə, Nağıyeva Təranə, Şirinova Cəmilə, Kərimova Aysel –MDU-nun tələbələri, digər Süsən Həsənova isə İqtisad universitetini bitirib.
İcra başçısı İlham İsmayılov Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatının əsası məhz Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda da bu ideologiya ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilidiyini bildirib. Qeyd edib ki,respublika ərazisində baş tutan bütün beynəlxalq tədbirlərdə, eləcə də dövlət orqanlarının gündəlik fəaliyyətində könüllülərin misilsiz xidmətləri var. Sonda icra başçısı gənclərə könüllülük fəaliyyətində uğurlar arzuladı.