Şriftin ölçüsü :

Saytın rəngi :

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Mingəçevirdə maarifləndirmə tədbiri keçirilmişdir.

26 avqust 2025 | 14:35

Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, "Regional İnkişaf" İctimai Birliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası təşkilatçılığı, “Nar”ın maliyyə dəstəyi ilə “Hüquqlarınla parla!” layihəsi çərçivəsində Mingəçevirdə maarifləndirmə tədbiri keçirilmişdir. 15 avqust 2025-ci il tarixdə “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsində keçirilən tədbirdə "Regional İnkişaf" İctimai Birliyinin nümayəndəsi Jalə Muradova iştirakçıları salamlayaraq layihənin məqsədi və layihə çərçivəsində keçirilən fəaliyyətlər barədə məlumat verib. Daha sonra şagirdlər üçün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Şimal-Qərb Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov tərəfindən təhlükəsiz internet mühitinin hüquqi aspektləri və mövcud təhlükələr, Mingəçevir Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin profilaktika üzrə baş inspektoru Namiq Məhərrəmov tərəfindən uşaqların zərərli vərdişlərdən qorunması, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Sevinc Bağırova tərəfindən zərərli vərdişlərin orqanizmə təsirləri, AKTA-nın eksperti Asudə Abdurrəhmanova tərəfindən isə kibertəhlükəsizlik mövzusunu əhatə edən interaktiv təlimlər keçirilib. Tədbirin sonunda yazılı test formatında şagirdlər üçün imtahan keçirilib.

Keçidlər