Heydər Əliyev: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”.
15 fevral 2023 | 16:40
Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının təsis edilməsinin 30 illiyi münasibəti ilə Heydər Əliyev Mərkəzinin müşavirə zalında konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi qarşısına gül çiçək dəstələri qoyaraq ehtiramlarını bildiriblər. Konfrans Yeni Azərbaycan Partiyasının yaradıcısı və ilk sədri Heydər Əliyevin, torpaqlarımızın qorunması və azad olunması uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərimizin, həmçinin Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirən insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Giriş nitqi ilə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, 1992-ci ilin noyabr ayında Azərbaycanda mövcud olan xaos, anarxiya, böhranın qarşısını yalnız Heydər Əliyevin ala biləcəyini düşünən bir qrup ziyalı ona müraciət edib. Bu müraciətdən sonra 1992-ci il noyabr ayının 21-də Naxçıvanda keçirilən təsis yığıncağında Yeni Azərbaycan Partiyası yaradılıb və partiyanın ilk sədri Heydər Əliyev seçilib. Hər birinizin xatirindədir. O zaman Azərbaycanın müstəqilliyi təhlükə altında idi, həyatın bütün sahələrində durğunluq var idi. Üstəgəl erməni şovinistləri torpaqlarımızda işğalçılıq siyasəti apararaq xalqımıza ağır zərbələr vururdu. Belə bir zamanda xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev yeni siyasi xətt müəyyənləşdirərək ölkəmizi daxili və xarici düşmənlərdən qorumaq üçün bütün qüvvəsini səfərbər etdi. Xarici siyasət sahəsində uğurlar əldə edilməyə, insanların sabaha olan ümidləri artmağa başladı, kreslo davaları, hakimiyyətsizliyin qarşısı alındı. İ.İsmayılov qeyd etdi ki, ötən 30 il ərzində dövlətimiz uğurlu inkişaf yolu keçib. Heydər Əliyevin başladığı siyasi xətt dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Fərəhli haldır ki, 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımızın azad olunması da məhz bu siyasi xəttin uğurlu inkişafının təzahürüdür. Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının təsis edilməsinin 30 illiyi münasibəti ilə bütün üzvlərimizi ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Sonra Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, Ulu öndəron keçdiyi şərəfli yoldan, Mingəçevir şəhər təşkilatının fəaliyyətindən bəhs edən filmə baxış oldu. Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev məruzə ilə çıxış edərək qeyd etdi ki, yarandığı gündən Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqramının məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik hüquqi dünyəvi cəmiyyət qurulması, əmin amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosial yönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. Ötən 30 il ərzində müəyyənləşdirilən məqsədlərinə çatmaq üçün uğurlu fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatı 13 fevral 1993-cü ildə təsis edilib. Hazırda 54 ərazi partiya təşkilatının tərkibində 8065 nəfər üzvü var. Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatı öz fəaliyyətini partiyanın yeni Nizamnaməsi və Proqramının tələblərinə, Mərkəzi Aparatın tövsiyyələri nəzərə alınmaqla təsdiq etdiyi plan əsasında qurur, öz fəaliyyət metordlarını təkmilləşdiməkdə davam edir. Çıxış edən Milli Məclisin üzvü, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının ilk sədri Aydın Mirzəzadə 30 il əvvələ qayıdaraq partiyanın yaranmasında iştirak edən bütün həmkarlarını ürəkdən təbrik etdi, onlara fəaliyyətlərində uğurlar arzuladı. Ulu öndərin başladlğı siyasi xətti uğurla davam etdirən Prezident İham Əliyevin ətrafında sıx birləşməklə dövlətimizin inkişafına bundan sonra da töhfələr verəcəklərini vurğuladı. Konfransda partiya veteranı Mirzə Cavadov, Tələbə poliklinikasının baş həkimi (əvəllki Qadınlar Şursının sədri və idarə heyətinin üzvü) Nurcamal Əsgərova, 17 nömrəli tam orta məktəbin direktoru Ceyhun Atayev çıxış edərək Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının yaranmasının 30 illiyi münasibəti ilə bütün partiya üzvlərini təbrik etdilər. Sonda şəhər təşkilatının üzvlərindən Aydın Mirzəzadəyə, Ramiz İbrahimliyə, Esmira Cəfərovaya, Fikrət Zeynalova, Ədalət Quliyevaya Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının Fəxri Fərmanı verildi. Həmçinin partiya sıralarına yeni qəbul olunan Günay Əhmədovaya, Anar Quliyevə, Aysun Qurbanovaya, Xəyal Hüseynova vəsiqələr təqdim edildi.