"Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü" mövzusunda konfrans keçirilib.
09 may 2023 | 15:30
08.05.2023-cü il tarixdə Mingəçevir Tibb Kollecində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə konfrans keçirilib. YAP Mingəçevir şəhər Təşkilatı və Mingəçevir Tibb Kollecinin birgə təşkil etdiyi "Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü" mövzusunda tədbirdə kollecin müəllim və tələbələri, yerli media nümayəndələri iştirak ediblər. Tədbirin əvvəlində Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın qorunması, bütövlüyü, azad olunması uğrunda həlak olan şəhidlərin, xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan Mingəçevir Tibb Kollecinin direktoru Fikrət Zeynalov qonaqları və tədbir iştirakçılarını salamladıqdan sonra "Heydər Əliyev və Azərbaycançılıq ideologiyası" mövzusunda məruzə ilə çıxış etmişdir. Ulu Öndərin hakimiyyətinin hər iki dövründə Azərbaycan səhiyyəsinin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən, yeni və müasir tibb müəssisələrinin istifadəyə verilməsindən, həmçinin gənc nəslin təhsilinə göstərdiyi diqqət və qayğıdan, söhbət açmışdır. "Heydər Əliyev və Yeni Azərbaycan Partiyası" mövzusunda YAP Mingəçevir şəhər Təşkilatının sədri Bəxtiyar Mustafayev, "Heydər Əliyev və Azərbaycan Səhiyyəsi" mövzusunda kollecin müəllimi Afaq Cəfərova, "Ulu öndər Heydər Əliyevin irsi, milli sərvətimizdir" mövzusunda Kəmalə Hüseynova məruzələr etmişlər. Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən qısametrajlı film nümayiş olunmuşdur.