Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycanda inklüziv təhsil” mövzusunda kofrans keçirilib.

05 may 2023 | 17:18

Mingəçevir şəhər 14 saylı tam orta məktəbdə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir təhsil sektorunun nümayəndəsi Qorxmaz Abbaszadə, məktəbin direktoru Ceyhun Atayev və müəllim, şagird kollektivi iştirak edib.Tədbirdən əvvəl məktəbin akt zalında təşkil olunmuş şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Daha sonra Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin yubileyinə həsr olunmuş tədbirin bədii hissəsinə start verilib. Əvvəlcə Ulu öndər və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə məktəbin direktoru Ceyhun Atayev çıxış edərək, Ulu öndər Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxararaq, ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurduğunu qeyd edib. Daha sonra çıxış edən qonaqlar Ulu öndərin yaşadığı mənalı və kamil ömür yolundan, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizəsi haqqında məlumat verib. Onlar bildiriblər ki, Ulu öndərin gənclər qarşısında qoyduğu ən əsas tələbi məhz təhsil ilə bağlı idi. Təhsil prosesinin yüksək olması, müəllim-pedoqoji heyətin hazırlığının müasir tələblərə cavab verməsi, məktəblərin maddi-texniki təminatı Ulu öndərin daim diqqət mərkəzində olub. Bu gün bu müasir məktəbdə keçirilən tədbir də Ulu öndərin xatirəsinə olan kiçik bir ehtiramın nümunəsidir-deyə bildiriblər. Konfransda “H.Əliyev və inklüziv təhsil” mövzusunda məktəbin psixoloqu, Mingəçevir təhsil sektorunun nəzdində fəaliyyət göstərən Psixoloji-tibbi–pedaqoji komissiyanın sədri Günel Abdullayeva, “Heydər Əliyevin uzaqgörən dövlətçilik və idarəçilik siyasəti qələbəmizin təməlidir” mövzusunda məktəbin müəllimi Afaq Mustafayeva çıxış etmişdir. Mövzu ilə əlaqədar video-carx nümayiş olunub. Tədbirin ədəbi hissəsində şagirdlər Heydər Əliyevə həsr olunmuş şeirlər, mahnılar səsləndirib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Sonda fəal şagirdlər sertifikatlarla təltif olunub.

Keçidlər