Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev müasir Azərbaycanın xilaskarı və qurucusudur” mövzusunda respublika elmi konfransı keçirilib

04 may 2024 | 11:24

Mingəçevir şəhər İcra Hakimiyyəti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycanın xilaskarı və qurucusudur” mövzusunda respublika elmi konfransı keçirilib. Tədbirin əvvəlində ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib ardınca dövlət himni səsləndirilib.

Konfransın plenar iclasında çıxış edən rektor Şahin Bayramov qonaqları salamlayıb birgə təşkil olunan konfransın işinə uğurlar arzulayıb. Rektor Azərbaycanda dayanıqlı inkişafın əsaslarının formalaşmasında Heydər Əliyevin xidmətləri mövzusunda çıxış edib. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov “ Heydər Əliyev-Azərbaycanın dövlət müstəqilliyini əbədiləşdirən dahi”, Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin birinci müavini,deputat Əli Hüseynli “Heydər Əliyev-Azərbaycan xalqının əsl milli azadlıq və müstəqillik ideyasının banisi”, akademik Arif Həşimov “Heydər Əliyev və Azərbaycan elminin inkişafı”, akademik Muxtar İmanov” Heydər Əliyev və milli-mənəvi dəyərlər”, “Azərenerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və layihə-Axtarış Energetika İnstitutunun direktor müavini,dosent Aytək Babayeva “ Heydər Əliyev-innovativ texnologiyaların Azərbaycan Enerji sistemində tətbiqi bazasının qurucusudur” , YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Azərbaycançılıq məfkurəsinin inkişafında Heydər Əliyev irsi” mövzularında geniş məruzələr ediblər.

Qeyd edək ki,ulu öndərin zəngin irsinə həsr olunan tədqiqatların nəticələrinin təqdim edildiyi konfransa 33 universitet və elmi-tədqiqat müəssisəsindən ümumilikdə 230-dan çox tezis və məqalə daxil olub. Plenar iclasdan sonra Konfrans öz işini 9 bölmə iclası ilə davam etdirdi.

Keçidlər