Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli” çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar müsabiqələrinin qaliblərinin mükafatlandırılması ilə tədbir keçirilmişdir.

21 dekabr 2023 | 09:24

Dekabrın 21-də Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq-mühafizə orqanlarının rəhbələri, ictimaiyyət nümayəndələri, yaradıcılıq festivallarının və müxtəlif nominasiyalı müsabiqələrin qalibləri iştirak edirdi. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Daha sonra Heydər Əliyev Mərkəzinin foyesində Uşaq-gənclər inkişaf mərkəzinin təşkilatçılığı ilə hazırlanan, şəhər məktəblilərinin əl işlərindən ibarət sərgiyə baxış keçirildi.

Tədbiri giriş sözü ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixində “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncam imzalamasından, Sərəncama əsasən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq respublikamızın hər yerində olduğu kimi Mingəçevir şəhərində də il ərzində ulu öndərin həyat və fəaliyyətinin müxtəlif sahələrinə həsr olunmuş 300 yaxın elmi-praktiki konfransların, yaradıcılıq festivallarının və müxtəlif nominasiyalı müsabiqələrin təşkil edilməsindən, müstəqil Azərbaycanın yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması olan görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ilinin böyük sevinclə qeyd edilməsindən bəhs etdi. Qalibləri təbrik edən İlham İsmayılov, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Şəhər rəhbəri, bu cür tədbirlərin keçirilməsində əsas məqsədin ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı misilsiz fəaliyyəti, onun dövlətçiliyimizin xilaskarı olması və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun əsaslarının məhz ulu öndərimiz tərəfindən qoyulmasını gənclərin diqqətə çatdırıb.

Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin xatirəsini dərin hörmətlə anaraq, onun zəngin irsini xatırlamağın hər bir gəncin böyük arzusu olduğunu bildirdilər.

Sonda “Heydər Əliyev İli” çərçivəsində Mingəçevir şəhərində keçirilmiş yaradıcılıq festivallarının və müxtəlif nominasiyalı müsabiqələrin qalibləri şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tərəfindən Fəxri fərmanlarla təltif ediliblər.

Keçidlər