Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə “Gənc Liderlər və Təşəbbüs Qruplarının rəhbərləri üçün Payız Məktəbi” layihəsi Mingəçevir şəhərində baş tutmuşdur.

28 noyabr 2022 | 09:23

 İştirakçılar tədbirə ilk öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək gül qoymaqla başlamışlar. Daha sonra forumun açılışı keçirilmişdir. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov “Kür” Olmpiya Tədris-İdman Mərkəzində keçirilən tədbirin açılış mərasimində iştirak edərək çıxış etmişdir. İlham İsmayılov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə qayğısından, ölkədə aparılan gənclər siyasətindən danışaraq iştirakçılara uğurlar arzulamışdır. Daha sonra “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov çıxış etmişlər. Nihad Allahyarlı 24.11.2022-28.11.2022-ci il tarixlərində baş tutacaq “Gənc Liderlər və Təşəbbüs Qruplarının rəhbərləri üçün Payız Məktəbi” layihəsi barədə geniş məlumat verərək iştirakçıları proqramla tanış etmişdir. Layihədə “Ölkə iqtisadiyyatının şaxələndirilməsində gənclərin rolu və müasir məşğulluq trendləri”, “Gənc liderlərin komanda quruculuğunda rolu”, “Gənc Liderlər üçün Neuro Linqvistik Proqramlaşdırma bacarıqları”, “Rəqəmsal marketinqin ictimai işə tətbiqi”, “Azərbaycanda din: ideoloji və ictimai təhlükəsizlik müstəvisində”, “Dövlət gənclər siyasəti və tələbə təşkilatlarının gənclərin şəxsi inkişafında rolu”, “Azərbaycan dövlətçiliyinin müasir inkişaf tendensiyaları”, “Regionda baş verən geosiyasi reallıqlar və ölkə gəncliyinin üzərinə düşən vəzifələr”, “Sosial medianın həyatımızda rolu. Sosial mediadan istifadə edərək biznesin qurulması”, “Məna üçbucağı: Liderliyə fəlsəfi yanaşma” kimi vacib mövzularda peşəkar təlimçilər tərəfindən təlimlər keçirilmişdir. Layihə iştirakçıları üçün asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mingəçevir şəhər Tarix Muzeyi, Dövlət Rəmzlər Muzeyi, Mingəçevir şəhər Su Anbarı, Mingəçevir bulvarına gəzinti təşkil olunmuşdur. İştirakçılara şəhərin tarixi, quruculuğu barədə ətraflı məlumat verilmişdir. Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İndira Hacıyevanın iştirakı ilə bağlanış və təltifolunma mərasimindən sonra “Gənc Liderlər və Təşəbbüs Qruplarının rəhbərləri üçün Payız Məktəbi” öz işini başa çatdırmışdır.

Keçidlər