Şriftin ölçüsü :

Saytın rəngi :

Fevralın 10-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasının 10 illiyi münasibəti ilə Mingəçevirdə tədbir keçirilib.

10 fevral 2025 | 15:14

Tədbirdən öncə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və aparatın rəsmiləri, Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəhbəri Qədir Həsənov və qurumun təmsilçiləri Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ehtiramlarını ifadə ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə təsis edilən “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti ölkədə elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təminatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir. Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin həyata keçirdiyi siyasi fəaliyyəti nəticəsində Azərbaycan Respublikası nəinki elektrik enerjisinə olan tələbatını yeni imkanlar hesabına təmin etmiş, eyni zamanda elektrik enerjisi ixrac edən respublikaya çevrilmişdir. Bu gün isə Prezident İlham Əliyev tərəfindən həmin strateji xətt uğurla davam etdirilərək elektroenergetika sisteminin müasir çağırışçılar və beynəlxalq tələblər səviyyəsində qurulması üçün davamlı və ardıcıl islahatlar həyata keçirilir.

Keçidlər