Şriftin ölçüsü :

Saytın rəngi :

Fevral ayının 24-də Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın növbəti iclası keçirilmişdir.

24 fevral 2023 | 17:41

İclası açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirmişdir ki, şura iclasının gündəliyində iki məsələ durur: 1. “Mingəçevir şəhərinin 2022-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr”, 2. “Şəhər Mərkəzi xəstəxanasında icbari tibbi sığorta sisteminin tətbiqi ilə əlaqədar görülən işlər barədə “ŞMX” Publik hüquqi şəxsin direktoru Faiq Abdullayevin hesabatı ”. Gündəlikdə duran 1-ci məsələ haqqında məlumatla başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fərid Məmmədov məlumat verdi. Məruzə ətrafında müzakirələrdə “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov, “Azərsu” ASC-nin podratçı şirkətinin Mingəçevir layihəsi üzrə sahə mühəndisi Müseyib Abdullayev, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Yevlax Regional bölməsinin müdiri İlham İlyasov, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Validə Məmmədova çıxış etdilər. Gündəlikdə duran ikinci məsələ haqqında Şəhər Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin direktoru Faiq Abdullayevin hesabatı dinlənildi. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şura iclasına yekun vuraraq qaldırılan problemlər barəsində konkret tədbir görülməsini tapşırdı, cari ildə görüləcək işlər barədə şura iclasının iştirakçılarına məlumat verdi. Şura iclası müzakirə olunan hər iki məsələ haqqında qərar qəbul etdi.

Keçidlər