Şriftin ölçüsü :

Saytın rəngi :

Fevral ayının 15-də Belarus Respublikasının Azərbaycanda olan fövqəladə və səlahiyyətli səfiri Andrey Alekseyeviç Ravkov Mingəçevir şəhərində olmuşdur.

15 fevral 2024 | 15:49

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov hörmətli qonağı səmimi salamlamış, fevral ayının 7-də Azərbaycanın ərazi bütövlüyü tam təmin olunduqdan sonra keçirilən növbədənkənar prezident seçkilərinin uğurla başa çatmasından bəhs etmişdir. Azad olunan ərazilərimizdə də seçkilərin keçirildiyini diqqətə çatdıran şəhər rəhbəri siyasi müstəvidə böyük nüfuz sahibi olan, uzun illər işğal altında qalan torpaqlarımızın azad olunmasına nail olan və Azərbaycanın Xankəndi şəhərində səs verərək böyük Zəfərimizin təntənəsini elan edən, İlham Əliyevin seçkilərdə 92,12 faiz səs toplayaraq xalqın etmadını qazandığını xüsusilə vurğulamışdır. Qeyd olunmuşdur ki, bu seçkilərdə mingəçevirlilər də böyük fəallıq nümayiş etdirmişlər.

Şəhərimizin tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə ətraflı məlumat verən şəhər rəhbəri iki ölkə arasında bir çox sahələrdə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edərək bu münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə etmişdir. Eyni zamanda ötən illər ərzində şəhərdə həyata keçirilən yenidənqurma, abadlıq-quruculuq işlərindən, reallaşan infrasruktur layihələrdən söz açılmışdır.

Səmimi dostluq şəraitində keçən görüşdə səfir Andrey Alekseyeviç Ravkov çıxış edərək Belarusiyanın iqtisadiyyatından, inkşafından, Azərbaycan ilə əməkdaşlıqdan danışaraq Mingəçevirə gəldiyindən məmnunluğunu ifadə etmişdir. O, eyni zamanda Belarus nümayəndə heyətinin seçkilərdə müşahidəçi qismində iştirakından danışaraq seçkilərin yüksək səviyyədə keçirilməsini qeyd etdi. Fevral ayının 14-də keçirilən Prezident İlham Əliyevin andiçmə mərasimini izlədiyini və Prezidentin təqdim etdiyi proqramı yüksək qiymətləndirdi. Görüş zamanı Azərbaycan və Belarus dostluğunun, qardaşlığının daimi olduğu vurğulanmışdır.

Sonda tərəflər bir-birinə hədiyyələr təqdim etmişlər.

Keçidlər