Şriftin ölçüsü :

Saytın rəngi :

Əsaslı təmir-quruculuq işləri başa çatmış binalara və məhəllələrə ictimai baxış keçirilib.

22 aprel 2026 | 15:38

      Aprel ayının 22-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun, şəhər Bələdiyyəsinin sədrinin, idarə və müəssisələrin rəhbərlərinin, mətbuat işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə əsaslı təmir-quruculuq işləri başa çatmış binalara və məhəllələrə ictimai baxış keçirilib. Şəhər İcra Hakimiyyətinin tədbirlər planına müvafiq olaraq A.Məmmədov küçəsindəki 7a, 10/1, 12, Nizami küçəsindəki 2 4a, 4 b, 6, 6a binalarının ümumi istifadə yerləri əsaslı təmir edilib. Məlumat verilib ki, layihə çərçivəsində binaların giriş bloklarının və fasad hissələrinin suvanması və rənglənməsi, plastik pəncərə çərçivələrinin və şüşəbəndlərin yerləşdirilməsi, seyf qapıların qoyulması, ərazilərdə səliqə-sahmanın yaradılması işləri başa çatıb.

          Tanışlıq zamanı bir sıra nöqsanlar nəzərə çarpıb. İcra başçısı İlham İsmayılovun nöqsan və çatışmazlıqlara münasibətini bildirərək hər bir işə məsuliyyətlə və ciddi yanaşmağı tapşırıb. Bildirib ki, vətəndaşların rahatlığını təmin etmək, rifah halının yaxışlaşdırılması məqsədi ilə şəhərimizin yaşayış binalarında, məhəllələrdə görülən işlər mərhələli şəkildə aparılır. Bu ərazilərdə kanalizasiya xəttinin çəkilişindən sonra asfaltlanma prosesinin keyfiyyətsiz aparılması səbəbindən çala-çuxurların yarandığını, qaz borularının rənglənməsini, elektrik xətlərinin səliqəyə salınmasını, qeyri-müəyyən formada çəkilmiş internet xətlərində (KATV) olan nöqsanları aradan qaldırmağı, məhələlərdə olan fiziki ömrünü başa vurmuş və təhlükə yaradan ağacların budanmasını, yaşıllıqların suvarılması üçün texniki su xəttinin çəkilməsini diqqətə çəkərək müvafiq müəssisə rəhbərlərinə tapşırıqlarını verib. Binaların su novlarının qaydaya salınmasını, zirzəmilərdə yığılan çirkab suyun çəkilməsini və dezinfeksiya işlərinin aparılmasını tapşırıb. Qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən şəhərimizdə həyata keçirilən hər bir abadlıq-quruculuq işi vətəndaşların rifah halının yaxşılaşdırılması məqsədi ilə aparılır. Cənab Prezidentin diqqəti və qayğısı sayəsində bu il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində bir sıra yeni layihələrin icrası həyata keçiriləcək, onlarla yaşayış binası əsaslı təmir ediləcək, məhəllələr abadlaşdırılacaq, idman və əyləncə meydanları yaradılacaq, xiyabanlarda yenidənqurma işləri reallaşacaqdır. O cümlədən yaşıllıqların genişləndirilməsi məqsədi ilə aksiyalar keçiriləcək, küçə və dalanlarda asfaltlanma işləri, işıqlanma sisteminin çəkilişi də davam etdiriləcəkdir.

      Tədbir Heydər Əliyev prospektinin sağ və sol hissələrini birləşdirən yeraltı keçidə baxışla davam edib. Bir müddət əvvəl ərazidə fəaliyyət göstərən ticarət səbəbindən insanların keçiddən istifadəsində problemlər yaranırdı. İcra Hakimiyyətinin tədbirlər planının növbəti hissəsi olan keçidin müasir və yeni layihə ilə əsaslı təmirinə başlanılıb. İşləri icra edən qurumun iş icraçısı görüləcək işlər, layihə ilə bağlı məlumat verib. Şəhər rəhbəri tövsiyə və tapşırıqlarını verərək keçid ərazisində işıqlanma sisteminin müasir formada qurulmasının, pilləkən və eskalatorun, əlillər və uşaqlar üçün xüsusi yol xəritəsinin quraşdırılmasının, daxili ərazidə Mingəçevirn gözəlliyini əks etdirən foto-pannoların yerləşdirilməsinin şəhərimiz üçün yenilik olacağını vurğulayıb və hər kəsə uğurlar arzulayıb.

Keçidlər