Şriftin ölçüsü :
Saytın rəngi :
Novruz Bayramı münasibəti ilə şəhər İcra Hakimiyyətində hazırlanmış tədbirlər planına müvafiq olaraq şəhid Azər Niftəliyev adına mədəniyyət mərkəzinin qarşısında şəhər rəsmilərinin, yaşayış massivinin sakinlərinin iştirak etdiyi tədbirdə musiqiçilər mahnı sovqatı təqdim ediblər. Balacaların rəqsləri, müxtəlif el adətlərinin təqdimatı maraq doğurub. Dədə Qurqudun, Bahar Qızın gəlişi, Keçəl və Kosanın oyunları xoş əhval ruhiyyə yaradıb.
İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək tədbir iştirakçılarına və onların timsalında ailə üzvlərinə təbriklərini çatdırıb.
Bayram tonqalının alovlandırılması əhval ruhiyyəni daha da artırıb, konsert proqramı alqışlarla qarşılanıb.