Şriftin ölçüsü :

Saytın rəngi :

Energetiklər yaşayış massivində həyata keçirilən quruculuq işlərinə baxış keçirildi

12 noyabr 2025 | 12:01

Noyabrın 11-də Mingəçevirin şəhər statusu almasının 77 illiyi münasibəti ilə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və aparatın kollektivi, millət vəkili Aydın Mirzəzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP şəhər təşkilatının və şəhər Bələdiyyəsinin sədrləri, ictimaiyyət və mətbuat nümayəndələri energetiklər yaşayış massivində həyata keçirilən quruculuq işləri ilə tanış olublar.

Yaşayış massivi sakinlərinin də iştirak etdiyi tədbirdə məlumat verilib ki, şəhər İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq cari ildə başlanan quruculuq işləri uğurla yekunlaşıb. Mənzil Kommunal Təsərrüfatı Müəssisəsi tərəfindən reallaşan əsaslı təmir və quruculuq işlərində şəhər İşıqlanma İdarəsinin və digər kommunal xidmət müəssisələrinin də əməyi var. Cəmil Əliyev küçəsindəki 9, 9a, 13, 13a, 37/3, 38/3, yaşayış binalarında əsaslı təmir işləri aparılıb, ümumi istifadə sahələri – bloklar təmir edilib və divarları rənglənib, plastik pəncərə çərçivələri və şüşəbəndlər, seyf qapıları qoyulub, fasad hissələri suvanaraq rənglənib. Yaradılan nümunəvi məhəllədə və bir çox binaların qarşısına vətəndaşların mənalı istirahəti üçün oturacaqlar və söhbətgahlar yerləşdirilib. Yaşıllıq zolaqlarına 110 ədəd həmişəyaşıl ağac tingləri əkilib. Uşaqlar üçün əyləncə meydançası yaradılıb, idman və əyləncə qurğuları quraşdırılıb. Binaların qarşısına asfalt örtüyü düzülüb, bordürlər qoyulub. Yeni işıq nöqtələri yaradılmaqla müasir işıqlandırma sistemi tətbiq edilib.

İctimai baxış zamanı vətəndaşların arzu və təkliflərini dinləyən, uşaqlarla söhbət edən İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, bir neçə gün əvvəl yaşayış massivində Milli Qəhrəmanımız Natiq Qasımovun adına yaradılan mini parkın açılışı olub. Burada görülən işlər qənaətbəxşdir. Təbii ki, bütün bunlar cənab Prezidentimiz İlham Əliyevin regionlara, Mingəçevir şəhərinə və insanların rifah halının yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğının təzahürüdür. Şəhər günü münasibəti ilə hər kəsə təbriklərini və xoş arzularını çatdıran şəhər rəhbəri bundan sonra da Mingəçevirin gözəlləşdirilməsi istiqamətində yeni layihələrin icra olunacağını qeyd edib.

Keçidlər