Şriftin ölçüsü :

Saytın rəngi :

Energetiklər qəsəbəsi kimi tanınan Azərbaycan İES yaşayış massivində Abadlıq-quruculuq işləri davam edir

22 iyun 2022 | 16:57

Energetiklər qəsəbəsi kimi tanınan Azərbaycan İES yaşayış massivi gündən-günə böyüyür və inkişaf edir. Burada insanların zövqünü oxşayan, məmnunluq hissini artıran yeni-yeni park və xiyabanlar salınır. Böyüklərin və uşqaqların istirahətlərinin təminatı üçün idman qurğuları yaradılır, əyləncə vasitələri quraşdırılır. Bir sözlə, məhəllələr nümunəvi hala salınır. Belə nümunəvi məhəllələrdən biri də Cəmil Əliyev küçəsi 7 nömrəli binanın qarşısındakı çoxsaylı binaların ərazisində yaradılacaq. İyunun 22-də 7 nömrəli yaşayış binasının qarşısına toplaşmış sakinlər bunun canlı şahidi oldular. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə məhəllədə abadlıq-quruculuq işlərinə start verildi. İştirakçıların qarşısında giriş sözü ilə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qeyd etdi ki: “ Bütün bunlar Azərbaycan Respubıliasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq həyata keçirlir. Şəhər İcra Hakimiyyətinin tərtib edilmiş tədbrilər planına əsasən burada 6 bina mənzil fondu, 5 bina isə mənzil təsərrüfatı fondu hesabına əsaslı təmir olunub qaydaya salınacaq. Yəni yaşayış binaları tam təmir olunmaqla yanaşı qaz, su, işıq, telefon, internet, kanalizasiya sahəsində mövcud olan digər problemlərindən də azad olunacaq. Binaların giriş dəhlizləri, pəncərələri qaydaya salınacaq. Sakinlərin arzu və istəklərinə uyğun olaraq ərazidə istirahət guşələri yaradılacaq, əyləncə vasitələri quraşdırılacaq, oturacaqar və söhbətgahlar qoyulacaq. Məqsəd insanların rahatlığını tam təmin etməkdir.” Icra başçısı bu məqsədlə görülən hazırlıq işlərindən də bəhs edi. Təsərrüfat rəhbərlərinə bir daha tapşırıqlarını verdi. Sakinlər həyata keçirilən layihələri razıllıq hissi ilə qarşıladılar. Şəhər İcra Hakimiyyətinin başçısına qarşılaşdıqları problemlər barədə müraciət etdilər. Hər bir müraciətə diqqətlə yanaşılaraq həlli yolları göstərildi və tədbirdə iştirak edən təsərrüfat rəhbərlərinə tapşırıqlar verildi. Əraziyə xüsusi baxışlar keçirildi. Şəhər İcra Hakimiyyətinin başçısı sakinləri əmin etdi ki, qaldırılan məsələlər qısa müddətdə nəzarətə götürülərək həllini tapacaqdır.

Keçidlər