Elektrik enerjisinin verilişində fasilə
02 oktyabr 2023 | 15:24
Mingəçevir şəhər Elektrik şəbəkəsinin rəhbərliyi Sizə məlum edir ki, 35/6 kv-luq “Karxana-601” y/stansiyasının I bölməsinin ayırıclarında qızma yaranmışdır. Qəzanın aradan qaldırılması üçün 02.10.2023-cü il tarixdə saat 14:00-15:00 radələrində bölmədən qidalanan 24 və 12 saylı 6 kv-luq hava xətlərində, yəni Ü.Hacıbəyov küçəsinin bir hissəsi, 20 Yanvar küçəsi- “Güllü bağın” ətrafı, Təbriz küçəsi, Koroğlu küçəsi, “River Side” və “Sərin” mehmanxanalarında enerjinin verilişi dayandırılacaqdır.