Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlllarının Həmrəylik Günü və Yeni il bayramları münasibəti ilə Mungəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə təntənəli şənlik keçirilib.

31 dekabr 2025 | 00:03

      Dekabrın 30-da axşam saatlarında Xarı Bülbül sarayında keçirilən bayram tədbirində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və aparatın kollektivi, millət vəkili Aydın Mirzəzadə, şəhər rəsmiləri, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər. Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edən İcra Hakimiyyətinin başçısı tədbir iştirakçılarını və onların timsalında ailə üzvlərini, bütün mingəçevirliləri əziz bayramlar münasibəti ilə təbrik edərək arzularını çatdırıb. Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini uğurla davam etdirdiyini qeyd edərək dövlətimizin nailiyyətlərindən söz açıb. Bu ilin Mingəçevir şəhəri üçün uğurlu olduğu, bir çox layihələrin müvəffəqiyyətlə yekunlaşdığı qeyd olunub. Şəhərin ictimai-iqtisadi-siyasi və idman həyatında səmərəli fəaliyyətlərinə görə və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə ayrı-ayrı müəssisələrin əməkdaşlarına Fəxri Fərman və xatirə hədiyyələri təqdim olunub. Aydın Mirzəzadə, şəhid anası İranə Həsənova təbriklərini və xoş arzularını çatdırıblar. Musiqiçilərin təqdim etdiyi konsert proqramı yüksək əhval ruhiyyə ilə qarşılanıb. 2025-ci ilin son iş günü yüksək coşqu ilə başa çatıb.

Keçidlər