Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət qulluqçularının etik davranış qaydaları mövzusunda tədbir keçirilib

04 noyabr 2025 | 14:26

Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2018-ci il tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın icrası üzrə Tədbirlər Planının 8.10.1-ci yarımbəndində dövlət qulluqçularının etik davranış qaydaları sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə etik davranış qaydaları mövzusunda təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur. Sərəncamın icrası ilə əlaqədar olaraq 03 noyabr 2025-ci il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyətinin inzibati binasında Dövlət qulluqçularının etik davranış qaydaları mövzusunda tədbir keçirildi.

Tədbirdə şəhər İcra Hakimiyyətinin məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak edirdilər. Aparatın Hüquq şöbəsinin müdiri Aynurə Xanlarova çıxış edərək, dövlətin idarə olunmasında və dövlət orqanlarının nüfuzunun artırılmasında dövlət qulluqçularının rolundan söz açaraq bildirdi ki, hər bir dövlət qulluqçusu öz fəaliyyətində qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutmalı və əməl etməlidir. Həmçinin, dövlət qulluqçularının etik davranış qaydalarını mövcud qanunla Azərbaycan Respublikasının Konstitusiyası, Dövlət qulluğu haqda qanun və digər normativ hüquqi aktlarla tənzimləndiyini qeyd edərək vicdanlı və mədəni davranış, loyallıq, insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, korrupsiyanın və maraqlar toqquşmasının qarşısının alınması, qərəzsizlik və digər etik davranış qaydalarına əməl olunmasının vacibliyini vurğulayıb. Dövlət qulluqçusunun nəzakətli, səbirli və məsuliyyətli davranmalı olduğu, qanunvericiliyin tələblərinə riayət etməsi diqqətdə saxlanılmalıdır.

Tədbirin sonunda dövlət qulluqçusu üçün xidməti vəzifənin icrası ilə bağlı müəyyən edilən tələblər, rəhbər dövlət qulluqçusundan gözlənilən etik dəyərlər, etik davranış qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi və digər mövzularla bağlı müzakirələr aparılmış və verilmiş suallar cavablandırılmışdır.

Keçidlər