Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət qulluqçularına təlim keçirilmişdir.

08 oktyabr 2024 | 12:15

Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2018-ci il tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın icrası üzrə Tədbirlər Planının 8.10.1-ci yarımbəndində dövlət qulluqçularının etik davranış qaydaları sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə etik davranış qaydaları mövzusunda təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur. Sərəncamın icrası ilə əlaqədar olaraq 07 oktyabr 2024-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyətinin inzibati binasında Dövlət qulluqçularının etik davranış qaydaları mövzusunda tədbir keçirildi.

Tədbirdə şəhər İcra Hakimiyyətinin məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak edirdilər. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Tərlan Əliyeva çıxış edərək, dövlət qulluğu sahəsində həyata keçirilən uğurlu siyasətdən, habelə dövlətin idarə olunmasında və dövlət orqanlarının nüfuzunun artırılmasında dövlət qulluqçularının rolundan söz açaraq bildirdi ki, hər bir dövlət qulluqçusu öz fəaliyyətində qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutmalı və əməl etməlidir.

Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Mahir Əliyev dövlət qulluqçularının etik davranış qaydalarını mövcud qanunla Azərbaycan Respublikasının Konstitusiyası, Dövlət qulluğu haqda qanun və digər normativ hüquqi aktlarla tənzimləndiyini qeyd edərək vicdanlı və mədəni davranış, loyallıq, insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, korrupsiyanın və maraqlar toqquşmasının qarşısının alınması, qərəzsizlik və digər etik davranış qaydalarına əməl olunmasının vacibliyini vurğulayıb. Eyni zamanda, qeyd edib ki, dövlət qulluqçusu daim nəzakətli, səbirli və məsuliyyətli davranmalı, qanunvericiliyin tələblərinə riayət edilməsi diqqətdə saxlanılmalıdır.

Tədbirin sonunda dövlət qulluqçusu üçün xidməti vəzifənin icrası ilə bağlı müəyyən edilən tələblər, rəhbər dövlət qulluqçusundan gözlənilən etik dəyərlər, etik davranış qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi və digər mövzularla bağlı müzakirələr aparılıb və dövlət qulluqçularına etik davranış qaydaları barədə hazırlamış buklet paylanmışdır.

Keçidlər