Şriftin ölçüsü :

Saytın rəngi :

Dekabrın 28-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramları münasibəti ilə şəhid ailələrinin və qazilərin uşaqlarını təbrik edib.

28 dekabr 2024 | 16:29

Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı iləKür sahilində “Qədiroğlu-Sahil” restoranında təşkil olunan şəhid ailələrinin və qazilərin uşaqlarının bayram şənliyində onların valideynləri, İcra Hakimiyyətinin başçısı aparatının işçiləri, mətbuat nümayəndələri də iştirak ediblər. Tədbir torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükut edilməsi ilə başlayb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mərkəzi Aran Regional Təhsil İdarəsinin nəzdində olan Mingəçevir Uşaq Gənclər İnkişaf Mərkəzinin müxtəlif dərnəklərinin şagirdlərinin təqdim etdiyi mahnı sovqatı, rəqslər, Vətənə, qəhrəmanlarımıza həsr olunmuş şeirlər tədbiri xüsusilə şənləndirib. Çıxış edən icra başçısı İlham İsmayılov birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, 2020-ci ilin 44 günlük Vətən müharibəsi, 2022-ci ilin sentyabr hadisələri və 2023-cü ilin antiterror əməliyyatları zamanı qəhrəmanlıq göstərən, düşmənə qarşı rəşadətlə döyüşən vətən övladlarının torpaqlarımızı düşmən tapdağından qorumasından, azad etməsindən fərəhlə bəhs edib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Zəfər tarixinin yaranmasından, yurdumuzun ərazi bütövlüyünün təmin olunmasından, müstəqil Azərbaycanın Suveren dövlət kimi tanınmasından iftixar hissi ilə danışıb. Uşaqlara xitabən Zəfər tarixinin əldə edilməsində böyük fədakarlıqlar göstərən qəhrəmanlarımızın övladları kimi sizlər qürur duymalısınız, deyən şəhər rəhbəri uşaqarı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramları münasibəti ilə təbrik edərək can sağlığı arzulayıb, vətənpərvər ruhda böyüməyi, yurdumuzun layiqli vətəndaşı kimi yetişməyi tövsiyyə edib. Qeyd olunub ki, uşaqların sağlam böyüməsi, yüksək səviyyəli təhsili üçün ölkəmizdə hər cür şərait yaradılıb. Prezidentimiz İlham Əliyev və birinci vitse prezident Mehriban xanım Əliyeva Ulu Öndər Heydər Əliyevin başladığl xətti uğurla davam etdirərək uşaqlara xüsusi qayğı ilə yanaşır və biz də qəhrəmanlarımızın ailələrinə, övladlarına lazımi dəstəyi göstəririk. Bayram tədbiri yeni il yolkasının ətrafında davam etdirilib. Uşaqlar rəqs ediblər, şeirlər söyləyiblər, şənlənərək şəkillər çəkdiriblər. Tədbirə gələn Yeni ilin atributları olan Şaxta baba və Qar qız söhbətləri ilə, personajlar, dovşanlar, klounlar məzhəkəli oyunları ilə balacaları sevindiriblər. Tədbirdə İcra başçısı tərəfindən 120 uşağa bayram hədiyyəsi verilib. Şənlikdə iştirak edən balacaların valideynləri, şəhid anaları, qazilər minnətdarlıqlarını bildirməklə ölkə Prezidentini, xalqımızı əziz bayramlar münasibəti ilə təbrik edərək xoş arzularını çatdırıblar.

Keçidlər