Şriftin ölçüsü :

Saytın rəngi :

Dekabrın 26-da Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mingəçevir Turizm Kollecində gənclərlə maarifləndirici görüş keçirilib.

26 dekabr 2025 | 15:47

“Narkotikə yox de!” layihəsi çərçivəsində “Öz həyatının qəhrəmanı ol” adlı tədbiri açan İcra Hakimiyyətinin başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, Mingəçevir şəhər Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın katibi Elşən Əliyev şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun salamlarını və qarşıdan gələn əziz bayramlar münasibəti ilə təbriklərini çatdırıb. Narkomanlıq və digər pis vərdişlərdən uzaq olmaq üçün şəhərin ayrı-ayrı təhsil ocaqlarında ictimai qurumlarda keçirilən görüşlərdən, aparılan maarifləndirici söhbətlərdən danışaraq vətənin ləyaqətli övladı olmaq üçün birinci növbədə təhsilə ciddi yanaşmağın vacibliyini bildirib. Tədbirdə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun sədr müavini Tanrıverdi Aydınov, Gənclərin anti-narkomaniya İctimai Birliyinin psixoloqu Billur Məmmədova, Gənclərin anti-narkomaniya İctimai Birliyinin Mingəçevir şəhər filialının sədri Nargilə Kərimova, narkoloq həkim Eldar Mustafayev çıxış edərək gənclərə tövsiyyələr veriblər, narkomaniyanın aludəçilərlə yanaşı ailə üzvlərinin də, əzizilərinin də həyatına dəhşətli zərbə vurduğunu, məhv etdiyini qeyd edərək hər cür pis vərdişlərdən uzaq olmağa çağırıblar. Tədbirdə tələbələrin sualları cavablandırılıb, məsləhətlər verilib, bukletlər paylanılıb. Sonra şəhərin müxtəlif ərazilərində könüllülər tərəfindən gənclərə, vətəndaşlara “Narkotikə yox de!” çağırışlı bukletlər verilib, söhbətlər aparılıb.

Keçidlər