Şriftin ölçüsü :

Saytın rəngi :

Dekabrın 23-də Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkiatçılığı ilə Mingəçevir Dövlət Dram Teatrında “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Hüquqi Dövlət və Suverenlik: Konstitusion Yanaşma” mövzusunda regional konfrans keçirilib

23 dekabr 2025 | 18:14

     Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ehtiramlarını ifadə ediblər. Şəhər rəsmilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konfransda torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərimizin xatirəsi yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Geniş məruzə ilə çıxış edən Respublika Baş Prokurorluğun insan təminatı və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova insan hüquqlarının qorunması, Konstitusiyamızın qəbulundan danışıb. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxışında Ali Qanunumuz - Konstitusiyanın müəllifi olan Heydər Əliyevin dövlətimizin inkişafı, müstəqilliyimizin qorunması, vətəndaşların hüquqlarının müdafiəsi məqsədli və bir çox əhəmiyyətli qərarlarla Azərbaycanın tarixində əbədi iz qoyduğunu qeyd edib. Bu siyasi kursu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyamıza edilən dəyişikliklərin vacibliyindən söz açaraq “Konstitusiya və Suverenlik ili” çərçivəsində Mingəçevirdə 500-dən artıq forum, dəyirmi masa, konfrans, ağacəkmə aksiyaları, idman yarışlarının keçirildiyini vurğulayıb. Bu cür mötəbər regional tədbirin Mingəçevirdə keçirilməsini təqdir edib. Mingəçevir şəhər prokuroru Pərvin Quliyev prokurorluq işçilərinin vətəndaşların hüquqlarının müdafiəsindən, görülən işlərdən, qanunun düzgün tətbiqindən, Vətən müharibəsindəki böyük Zəfərdən danışıb. Konfransda Müdafiə Nazirliyinin məsul əməkdaşı Anar Eyvazov, İnsan Hüquqları üzrə Müvəkkilin regional rəsmisi Pərviz Məmmədov, MDU-nun rektoru Anar Eminov, Milli Qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımov mövzu ətrafında çıxış etmişlər. Dialoq, fikir mübadilələri ətrafında davam edən konfransda sonda sənədli film nümayiş olunub.

Keçidlər