Dekabrın 12-də Ulu Öndər Heydər Əliyevin Anım Günü münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin təşikatçılığı ilə ehsan verilib.
12 dekabr 2025 | 15:06
Xarı Bülbül sarayında keçirilən mərasimdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul əməkdaşları və şəhər rəsmiləri, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər. Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra dualar oxunub. Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş edilib.
Çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov həyatını Azərbaycana; onun inkişafına, tərəqqisinə, dövlətçiliyimizin qorunmasına həsr edən, müstəqilliyini möhkəmləndirən Heydər Əliyevin xatirəsinin heç bir zaman unudulmayacağını bildirib və ona Allahdan rəhmət diləyib. Heydər Əliyev siyasətinin davam etdiyini, Ulu Öndərin başladığı siyasi xəttin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiyini vurğulayıb.
İctimaiyyət nümayəndələrindən Mayıl İsmayılov, Ağagül Əliyev, Ramiz ,Kərimov, Xamo Əliyev çıxışlarında dahi şəxsiyyətlə bağlı xatirələrini danışmışlar.