Şriftin ölçüsü :

Saytın rəngi :

Dekabrın 12-də Mingəçevirdə Ümummilli lider Heydər Əliyevin Anım Günü münasibəti ilə tədbirlərin davamı olaraq günorta saatlarında Zümrüd şadlıq evində Ulu Öndərin xatirəsinə ehsan verilib

12 dekabr 2024 | 12:18

Tədbirdə öncə Ulu Öndərin xatirəsinə dualar oxunub. Onun həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, YAP şəhər təşkilatının sədri və partiya fəalları, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, Azərbaycan İES-in rəhbərliyi və energetiklər, Mingəçevir Bələdiyyəsinin sədri və üzvləri, ictimaiyyət nümayəndələri, MDU-nun, Tibb Kollecinin, Turizm Kollecinin, təhsil, səhiyyə, mədəniyyət, idman müəssisələrinin rəhbərləri və kollektiv üzvləri, mətbuat işçiləri, şəhid ailələrinin üzvləri, qazilər, Qarabağ müharibələri veteranları, idarə və müəssisələrin kollektivləri, müharibə və əmək veteranları Ulu Öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirin aparıcısı, filologiya üzrə fəlsəfə doktoru Mayıl İsmayılov Heydər Əliyevin xalqa bağlı ömür yolundan danışaraq onun Azərbaycan Respublikasında hakimiyyətinin hər iki dövründə respublikanı inkşaf yoluna çıxarmasından fərəhlə bəhs edib. Uzun illərdən sonra işğal altında qalan torpaqlarımızın azad edilməsini Ulu Öndərin başladığı siyasi xəttin nailiyyətlərindən biri olduğunu vurğulayıb. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, bu günlərdə Ulu Öndər Heydər Əliyevin xatirə günü ilə əlaqədar nəinki Azərbaycanda, dünyanın ayrı-ayrı ölkələrində də Anım tədbirləri keçirilir, abidəsi önümə gül dəstələri qoyulur, xalq sevgisini, ehtiramını nümayiş etdirir. Fenomen şəxsiyyətin keçdiyi şərəfli ömür yolundan bəhs edən filmlər nümayiş olunur, sərgilər hazırlanır, kitablar nəşr olunur, məqalələr yazılır. Ulu Öndərin dövlətimizə xidməti onlarla cild kitabların ərsəyə gəlməsi ilə nəticələnib. Hakimiyyətinin birinci dövründə digər respublikalardan fərqli olaraq Ana dilini, Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldırması, orta məktəblərdə tədrisinə geniş yer verməsi təşəbbüsləri xalqa bağlılığının başlanğıcı olmuşdur. Həmin dövrdə hərbi kadrların hazırlanması üçün hərbi liseyin açılması, gənclərin yüksək təhsili üçün başqa dövlətlərdə ali təhsilinə şərait yaratması dövlətimizin inkişafı üçün böyük təməl olmuşdur. Hakimiyyətinin ikinci dövründə qətiyyəti və vətənə olan sevgisi sayəsində mövcud tənəzzülün qarşısı alınıb, daxili çəkişmələrə son qoyulub. 10 illik hakimiyyəti zamanı cəbhədə atəşkəsin əldə edilməsi, ordu quruculuğuna yönələn xüsusi diqqəti, müasir tələblərə cavab verən, bazası geniş olan Milli Ordunun yaranmasının təməlininin qoyulması Azərbaycanı uğurlara doğru aparıb. Və bu uğurlu siyasətin davamı olaraq 2020-ci ildə 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad olunmuş, 2023-cü ilin sentyabrın 19-20-də keçirilən antirterror əməliyyatlarından sonra Azərbaycanın ərazi bütövlüyü tam təmin olunmuş, dövlətimiz suverenliyini bərpa etmişdir. Fərəhli haldır ki, Azərbaycan bu gün möhtərəm Prezidentimiz, Ulu Öndərin layiqli davmçısı cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə inkişaf yolunda uğurla irəliləyir. Azərbaycan bu gün təkcə regionda deyil, Avropada söz sahibidir, dünya dövlətləri arasında qətiyyətli mövqeyi ilə seçilir, beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu inkişaf xalqımızın rifah halının yaxşılaşmasına, bütün bölgələrimizin tərəqqisinə imkan yaradır. Mən bir daha Ulu Öndərə Allahdan rəhmət diləyir, cənab Prezidentimizə can sağlığı, işlərində uğurlar arzulayıram. YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi xüsusi diqqətdən, yaratdığı mötəbər partiyanın sıralarında savadlı və vətənpərvər gənclərin yer almasından bəhs edib. Dövlətimizin bu günkü və bundan sonrakı inkişafında bu siyasi xəttin xüsusi önəmi olduğunu vurğulayıb. Tarix müəllimi Mirzə Cavadov təkcə Azərbaycanda deyil, dünyada siyasi lider kimi nüfuz qazanan, həyatını doğma vətənin inkişafına sərf edən ümummilli liederin heç bir zaman unudulumayacığını qeyd edib. Bunun üçün təhsil və tərbiyə müəssisələrində, mədəniyyət ocaqlarında, ictimai təşkilatlarda tariximizin əbədiyaşar şəxsiyyətinin ömür yolunun, fəaliyyətinin öyrənilməsi, təbliğ olunması üçün tədbirlərin genişlənməsinin əhəmiyyətindən danışıb. Azərbaycanın Milli Qəhrəmanı, Mingəçevirin fədakar oğlu Natiq Qasımovun qardaşı Nofəl Qasımov çıxışına Ulu Öndərə rəhmət diləməklə başlayıb. 1992-ci il 26 fevral-Xocalı hadisələrindən sonra qardaşı Natiqin 21 yaşında könüllü olaraq Xocalıya düyüşə getdiyindən, düşmənin törətdiyi soyqırımın qisasını almasından danışaraq xalqımızın bir gün qələbə çalacağına inamı olduğunu bildirib. Qeyd edib ki, tarix qəhrəmanları unutmur, Azərbaycan xalqı da qəhrəmanlarını, liderlərini hər zaman yad edir. Necə ki, dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev əziz bir gündə, Milli Ordu gününə bir gün qalmış, 25 iyun 2024 ci ildə qardaşım Natiqə Azərbaycanın Milli Qəhrəmanı fəxri adnı verdi, bizim ailəmizi, Azərbaycan xalqını, bütün mingəçevirliləri, xocalaları, sevindirdi. Fərəhli haldır ki, baş nazirimizin 29 noyabr 2024-cü il tarixdə imzaladığı qərara əsasən şəhərimizdəki 4 nömrəli tam orta məktəbə, Natiq Qasımovun təhsil aldığı təhsil ocağına onun adı verildi. Elm və təhsil nazirimiz, şəhərimizin İcra Hakimiyyətinin başçısı bu günlərdə məktəbdə olmuş, Mili Qəhrəmanın xatirəsi üçün tədbirlərin görülməsi məqsədi ilə söhbətlər aparmışlar. Bütün bunlar üçün mən ailəmiz adından cənab Prezidentimiz İlham Əliyevə minnətdarlıq edir, ona can sağlığı, Azərbaycanın tərəqqisi yolunda fəaliyyətində uğurlar arzulayıram. Birinci Qarabağ müharibəsi veteranı Əlağa Bəndəliyev uzun bir zamandan sonra torpaqlarımızın azad olunmasının Ulu Öndərini başladığı Ordu quruculuğunun Zəfəri hesab edib. Bu qələbənin 200 ildən sonra Azərbaycanın dünyada olan ən möhtəşəm təntənəsi, təqdimatı olduğunu bildirib. Tədbirdə Ulu Öndərə ehsan süfrələri ətrafında xatirələr dilə gətirilib, onun gördüyü işlərdən bəhs olunub.

Keçidlər