Şriftin ölçüsü :

Saytın rəngi :

Dekabrın 11-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü keçirilib.

12 dekabr 2025 | 12:06

     12 nömrəli orta məktəbin akt zalında keçirilən görüşdə şəhərin müxtəlif ərazilərindən, yaşayış massivlərindən gələn sakinlər, İcra başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, şəhər Bələdiyyəsinin, idarə və müəssisələrin rəhbərləri, mətbuat işçiləri iştirak ediblər. Görüşü açan İlham İsmayılov ölkə Prezidenti cənab İlham Əliyevin Fərman və sərəncamlarına uyğun olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi Mingəçevirdə də abadlıq- quruculuq işlərinin uğurla davam etdiyini bildirib. Cari ilin əvvəlində tərtib olunmuş tədbirlər planı çərçivəsində küçə və məhəllələrdə nümunəvi işlərin aparıldığı, yaşayış binalarının əsaslı təmir olunduğu, asfalt örtüyünün çəkildiyi, yeni işıq nöqtələrinin yaradıldığı, xiyabanlarda vətəndaşların istirahəti üçün yenidənqurma işlərinin aparıldığı qeyd olunub.

     Yeni iş yerlərinin açılması məsələsinin diqqətdə olduğu vurğulanıb. Çıxış edən sakinlər görülən işlərdən razılıqlarını bildiriblər , problemlərdən danışıblar. Bəzi ərazilərdə asfalt örtüyünün olmaması, işıqlanmanın zəifliyi, təhlükəli ağacın budanması, kanalizasiya xəttinin çəkilişindən sonra yaranmış nasazlıq və başqa problemlər barədə məlumat veriliib, təkliflər səsləndirilib.

     Sakinlərin müraciətlərinə aydınlıq gətirən müəssisə rəhbərlərinə ciddi tapşırıqlar verən icra başçısı İlham İsmayılov qeyd edib ki, hər bir problemlə vətəndaşın iştirakı ilə tanış olmaq lazımdır. Müraciərlərdə qeyd olunan narahatlıqları vaxtında həlli etmək, mövcud vəziyyəti araşdırmaq və məlumat vermək hər birimizin borcudur. Cənab Prezidentin tapşırığı da belədir, vətəndaşların rifah halının yaxşılaşdırılması daim diqqədə olmalıdır.

Keçidlər