Şriftin ölçüsü :

Saytın rəngi :

Dekabrın 11-də Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP Mingəçevir şəhər təşkilatı birgə Heydər Əliyevin Anım Gününə həsr olunmuş “Əbədiyaşar Lider” mövzusunda dəyirmi masa keçirilib

11 dekabr 2024 | 18:51

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını ifadə ediblər. Tədbirdə Yeni Azərbaycan Partiyasının yaradıcısı, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Şəhər İcra Hakimiyyəti başçısı aparatının əməkdaşlarının, YAP Mingəçevir şəhər təşkilatının üzvlərinin, ictimaiyyət nümayəndələrinin, idarə və müəssisələrin rəhbərlərinin, mətbuat işçilərinin, MDU-nun, Tibb Kollecinin, Turizm Kollecinin, təhsil, səhiyyə, mədəniyyət, idman müəssisələrinin rəhbərlərinin, müharibə və əmək veteranlarının iştirak etdiyi tədbirdə “Heydər Əliyev: Vətənə, xalqa həsr edilən ömür” adlı sənədli film nümayiş olunub. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov geniş məruzə ilə çıxış edərək bildirib ki, 12 dekabr Ümummilli liderimiz Heydər Əliyevin anım günüdür. Məlumdur ki, Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında çox böyük xidmətləri vardır. Ölkəmiz müstəqillik əldə etdiyi ilk illərdə Azərbaycan xalqı çox çətinliklərlə qarşılaşmışdı. Ölkə iqtisadi cəhətdən böhran içərisində idi. Torpaqlarımız ermənilər tərəfindən işğal olunmuşdu. Belə çətin bir zamanda Ulu öndər xalqın tələbi ilə hakimiyyətə dəvət edildi. Ulu öndərin böyük dövlətçilik təcrübəsi sayəsində ölkənin iqtisadi vəziyyəti yaxşılaşdı, daxili və xarici siyasət sahəsində uğurlar əldə olundu. Ordu quruculuğuna başlandı. Cəbhədə atəşkəs elan olundu. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanımız parçalanmaqdan xilas olundu. Öz tarixi xidmətləri nəticəsində Ulu öndər müstəqilliyimizi qoruyub saxladı və bu günkü inkişaf etmiş Azərbaycanımızın əsasını qoydu. Heydər Əliyev şəxsiyyəti Azərbaycanımızı dünyaya tanıtdı. Odur ki, Azərbaycan xalqı bu böyük övladı ilə haqlı olaraq fəxr edir. Bu dahi şəxsiyyətin həyatı və fəaliyyəti daim öyrənilməli, onun irsi yaşadılmalı və gələcək nəsillərə çatdırılmalıdır. Ulu öndərimiz haqqında hər birimizin xatirələri böyükdür. Onun dövlətçilik, idarəetmə, milli birlik və həmrəylik sahəsindəki təcrübəsi bir məktəbdir. Odur ki, Ulu öndərin zəngin irsi qorunmalı, öyrənilməli və təbliğ etdirilməli, bu zəngin irsdən gələcək nəsillər, xüsusən gənclər bəhrələnməlidirlər. Çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev hakimiyyətinin hər iki dövründə Vətənə ləyaqətlə xidmət göstərən Ulu öndərin uzaqgörənliyi ilə yaratdığı Partiyanın sıralarının daim genişləndiyindən, xalqın rifah halının yaxşılaşdırılmasına xüsusi önəm verdiyindən danışdı. Ordu quruculuğunu hər zaman diqqət mərkəzində saxlayan dahi şəxsiyyətin başladığı siyasi xəttin qalb gəldiyindən, bu ideyanın davamı olaraq 4 il əvvəl möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun işğal altında qalan torpaqlarımızı azad etməsindən fərəhlə bəhs etdi. Partiya veteranı Ramiz Kərimov Ümummilli liderin hakimiyyətinin ikinci dövründə ölkədə mövcud olan xaos və anarxiyanın qətiyyətlə qarşısını aldığını qeyd etdi. Partiya üzvü, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyeva Heydər Əliyevin qadınlara xüsusi diqqət və qayğı göstərdiyindən söz açdı. Partiya üzvü, 7 nömrəli tam orta məktəbin direktoru Anar İsmayılov Ulu öndərin gənclərə göstərdiyi diqqətdən, gənclər siyasətinin hazırlanmasından, yeni nəslin təhsili, ölkənin ləyaqətli vətəndaşı kimi böyüməsi üçün önəmli işlər gördüyünü diqqətə çatdırdı. Təqaüddə olan dövlət qulluqçusu, əmək və silahlı qüvvələr, hüquq-mühafizə veteranları şurasının şəhər şöbəsinin sədr müavini Rizvan Mikayıllı Ulu Öndərlə bağlı xatirələrini dilə gətirdi. Tədbirə yekun vuran Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qeyd etdi ki, dörd il əvvəl torpaqlarımız cənab Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi, Milli Ordumuzun şücaəti ilə işğaldan azad olundu. 2023-cü il sentyabr ayının 19-20-də, cəmi 23 saat ərzində antiterror əməliyyatları zamanı qalan digər yurd yerlərimiz də düşmən əsarətindın təmizləndi, yurdumuzun ərazi bütövlüyü tam bərpa olundu. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi xəttin uğurlu davamının nəticələridir. Mən bir daha Ulu Öndərə Allahdan rəhmət diləyir, onun xəttinin davamçısı olan cənab Prezidentimizə can sağlığı, səmərəli fəaliyyətində uğurlar arzulayıram.

Keçidlər