Şriftin ölçüsü :

Saytın rəngi :

Dekabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Mingəçevir şəhərində “Qloballaşan dünyada ənənəvilik və müasirlik” mövzusunda regional konfrans öz işinə başlayıb.

10 dekabr 2024 | 16:40

Azərbaycanın dövlət-din münasibətləri modeli, qloballaşan dünyada milli-mənəvi dəyərlərin qorunması və təbliği, bu prosesdə din xadimlərinin rolu ilə bağlı mövzuların müzakirə olunduğu konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, Mərkəzi Aran bölgəsinin əhatə etdiyi rayonların icra strukturlarının, Qafqaz Müsəlmanları İdarəsinin, nümayəndələri iştirak edirlər.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq, əziz xatirəsinə ehtiramlarını bildiriblər. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyev və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir çərçivəsində “Həmişə bizimləsiniz!” filmi nümayiş olunub.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açılış nitqi ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycanın özünəməxsus dövlət-din münasibətləri modelinin formalaşması, milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətindəki misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Ümummilli Liderin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin tolerantlıq ənənələri və multikultural dəyərlərin inkişafına göstərdiyi diqqətin nəticəsidir ki, Mingəçevir şəhərində də dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş üçün mədəni və mənəvi mühit yaradılıb. Etnik və dini icmalar arasında qarşılıqlı hörmətə əsaslanan əlaqələrdən bəhs edən İ.İsmayılov vurğulayıb ki, dünyada baş verən münaqişələrin fonunda ölkəmizdə müşahidə olunan sabitlik Azərbaycanın tolerant və multikultural ənənələrin beşiyi olduğunu göstərir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında mühüm məsələlərin müzakirəsi və faydalı təcrübə baxımından keçirilən silsilə regional konfransların müsbət təsirini qeyd edib. Bildirib ki, milli-mənəvi dəyərlərə, adət-ənənələrə sədaqət Azərbaycan dövlətini güclü edən əsas amillərdəndir. Komitə sədri vurğulayıb ki, Ulu Öndərin ideyalarına əsaslanan müstəqil dövlətimiz Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında multikulturalizm, tolerantlıq kimi universal dəyərləri təşviq edən ictimai münasibətlər sistemi qurub. Azərbaycan xalqını başqalarından fərqləndirən əsas amillərdən biri də bundan ibarətdir ki, müasirliyə can atmağı ənənəyə çevirə bilib. Din amilindən bəzi hallarda məqsədli şəkildə cəmiyyəti parçalamaq, milli şüurda ziddiyyətlər yaratmaq üçün istifadə edilməsinin mənfi təzahürlərinə də toxunan Ramin Məmmədov vurğulayıb ki, müasir dövrdə əsas məqsədlərdən biri dinin bu cür yanlış interpritasiyasını dəyişməkdən ibarət olmalıdır. Dövlət Komitəsinin sədri qeyd edib ki, hər bir xalqın inancı onun milli-mənəvi dəyərlərinin vacib elementidir.

Regional konfrans işini panel iclasları ilə davam etdirir

Keçidlər