Dekabr ayının 30-da 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibəti ilə şəhər tədbiri keçirilib
30 dekabr 2023 | 16:57
Mingəçevir şəhər Heydər Əliyev Meydanında qurulmuş Yolka ətrafında bayram şənliyi keçirilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun, hüquq mühafizə orqanlarının, YAP şəhər təşkilatının, Mingəçevir Bələdiyyəsinin, idarə və müəssisələrin rəhbərlərinin kollektivlərinin, ictimaiyyət və mətbuat nümayəndələrinin iştirak etdiyi bayram tədbirində xoş anlar yaşanıb. Musiqiçilərin mahnı sovqatları, Şaxta baba və Qar qızın söhbətləri tədbiri rövnəqləndirib, yolka ətrafında əylənən, rəqs edən uşaqlar şənliyə xüsusi ruh verib. Xalqımıza, mingəçevirlilərə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramları münasibəti ilə təbriklər çatdırılıb, xoş arzular səsləndirilib.