Dekabr ayının 19-da Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib.
19 dekabr 2023 | 15:40
Şurada şura üzvləri, təşkilat rəhbərləri, KİV-nin nümayəndələri iştirak edirdi. Şura iclasının gündəliyinə müzakirə üçün 2 məsələ çıxarılmışdı: 1. Ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və təbliği sahəsində aparılan işlərin vəziyyəti barədə. 2. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti şəhər şöbəsində uçota alınmış çağırışçıların çağırış məntəqəsinə təhkim edilməsi, hərbi həkim komissiyasının keçirilməsi və hərbi hissələrə göndərilməsi işlərinin təşkili vəziyyəti haqqında.
Gündəlikdə olan məsələlər müzakirə edilərək hər bir məsələ üzrə müvafiq qərarlar qəbul edildi.