Şriftin ölçüsü :

Saytın rəngi :

Başçının sakinlərlə səyyar görüşü oldu

11 noyabr 2022 | 16:00

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü noyabr ayının 10-da 16 nömrəli orta məktəbin akt zalında oldu. Görüşə əsasən məktəbə yaxın ərazilərdə yaşayan, Aydın Məmmədov küçəsi 8/1, 8/2, 8/3, 8/4, 8/5, Xətai küçəsindəki 1, 2, 3, 3a nömrəli yaşayış binalarının sakinləri dəvətli idilər. Lakin digər yaşayış binalarının sakinləri, xüsusən Nərimanov, H. Əliyev prospekti və başqa küçələrdə yaşayan sakinlər də gəlmişdilər. Görüşü Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq sakinləri salamladı. Bü günlərdə qeyd olunan əziz bayramlar münasibəti ilə onları təbrik etdi. Qarşıdan gələn Mingəçevirin şəhər statusu almasının ildönümü münasbəti xoş arzularını bildirdi, ölkədə və şəhərimizdə həyata keçirilən tədbirlər haqqında qısa məlumat verdi. Xüsusilə Zəfər Günü və Bayraq Günü münasibəti ilə ölkəmizin hər yerində təntənəli tədbirlərin qeyd olunduğunu diqqətə çatdırdı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xarici səfərləri və daxildə görülən işlər haqqında məlumat verdi. Cənab Prezidentin tapşırıq və tövsiyyələrinə müvafiq olaraq Mingəçevirdə həyata keçirilən işlərdən bəhs etdi. Su, kanalizasiya qaz işıq sahəsində həyata keçirilən quruculuq işlərini önə çəkdi. Bildirdi ki, bu gün Mingəçevirdə demək oar ki, bu sahədə problemlər tamamilə aradan qaldırılır. Yaxın vaxtlarda insanları daha çox narahat edən kanalizasiya sisteminin tamamilə yararlı vəziyyətə gətiriləcəyini nəzərə çatdırdı. Mingəçevirin şəhər statusu alması ilə bağlı həyata keçiriləcək tədbirlər haqqında danışdı. Cənab Przedentin tapşıqığına uyğun olaraq keçirilən belə görüşlər işimizin yüksəlişinə kömək edir. Odur ki, görüşdə qoyulmuş sərbəst mikrafondan istifadə edərək qarşılaşdıqlarımız problemlər haqqında fikirlərinizi söyləməyi xahiş edirəm. Çıxış edən sakinlərdən Səriyyə Əhmədova, Cahangir Qasımov, Arzu Qasımov, Sahib İsmaylov Sahib Abdullayev, Minarə Mirzyeva və başqaları şəhərdə aparılan abadlıq quruculuq işlərinə və onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə, şəhər İcra Hamkimiyyətinə minnətdarlıqlarını ifadə etdilər. Eyni zamanda qarşılaşdıqları problemlər haqqında fikirlərini söylədilər. Xüsusilə diqqəti binaların zirzəmilərinə axan çirkab sulara, ərazinin bəzi yerlərində işıqlanmanın olmamasına, binaların qarşısındakı ağacların budanmasına ehtiyac duyulduğuna, bəzi binaların əsaslı təmirinin vacibliyinə yönəltdilər. O cümlədən istilik sisteminin olmamasını xüsusi vurğuladılar. Səmimi söhbət əsasında keçən görüş Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun məsələlərə yaxından müdaxiləsi ilə davam edir, yeri gəldikcə görüşdə iştirak edən şəhər İcra Hakimiyyətinin başçısı aparatının məsul işçilərinə, idarə müəssisə təşkilat rəhbərlərinə verilən tapşırıqlarla yekunlaşırdı. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı sakinlərə əminliklə bildirdi ki, şəhərimizdə bütün binların əsaslı təmiri, məhəllə və dalanlarda işıqlanma sisteminin tamanmilə qurulmasına nail olunacaqdır.

Keçidlər