Şriftin ölçüsü :
Saytın rəngi :
Qəbələ şəhərindən start götürən veloyürüş Mingəçevirə qədər uzanan 162,9 kilometrlik marşrutu əhatə edib. Mingəçevirdəki finiş xəttini Qazaxıstanın "Astana" komandasının rusiyalı üzvü Qleb Suritsa birinci keçib. O, məsafəni 3 saat, 26 dəqiqə, 43 saniyəyə qət edib. Belçikalı Dyupon Timoti ("Tarteletto-İsorex") ikinci, ekvadorlu Pita Kristian David ("Roojai İnsurance Winspace") üçüncü yeri tutub.
Xatırladaq ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edir. Yarışa mayın 14-də yekun vurulacaq. Turnirin final mərhələsi Xankəndi şəhərində təşkil olunacaq.