Şriftin ölçüsü :

Saytın rəngi :

"Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!" mövzusunda konfrans keçirilmişdir.

26 aprel 2023 | 16:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin göstərişinə müvafiq olaraq Mərkəzi Aran Regional Təhsil İdarəsi "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!" mövzusunda konfrans keçirilmişdir. Konfransda Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Mingəçevir şəhər polis rəisi, polis polkovniki Ədalət Əliyev, Mingəçevir şəhər İcra Hakimiyyətinin şöbə müdiri Sahib Əliyev, Mingəçevir Dövlət Universitetinin professoru Nizami Zeynalov, Mingəçevir şəhər Təhsil sektorunun müdiri Sevinc Həsənova, digər İdarə və müəssisə rəhbərləri ,qazilər və media nümayəndələri, ümumtəhsil məktəb müəllimləri iştirak ediblər. Konfrans öncəsi iştirakçılar Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuşdular. Sonra iştirakçılar Ulu öndərin həyat və fəaliyyətini əks etdirən məktəb şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Konfrans iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, sonra Azərbaycanın Dövlət Himni səsləndirilmişdir. Daha sonra konfrans məruzələr və bədii hissədən ibarət olmaqla öz işini davam etdirib. Çıxış edən natiqlər Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Mingəçevir şəhər İcra Hakimiyyətinin şöbə müdiri Sahib Məmmədov, Mingəçevir şəhər Təhsil sektorunun müdiri Sevinc Həsənova, Mingəçevir şəhər 7 nömrəli tam orta məktəbin direktoru Anar İsmayılov, Mingəçevir şəhər Təbiət Riyaziyyat Humanitar Elmlər təmayüllü Liseyin direktoru Aidə İsmayılova, Mingəçevir şəhər 14 nömrəli tam orta məktəbin tarix müəllimi Afaq Mustafayeva öz məruzələrində Azərbaycan təhsilinin inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs ediblər. Sonda Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü il “Heydər Əliyev ili” elan olunmuşdur. 2023-cü ilin ilk günlərindən başlayaraq, ölkəmizin istehsal, xidmət və təhsil müəssisələrində bu möhtəşəm hadisəyə həsr olunmuş silsilə tədbirlər keçirilir. Bu baxımdan respublikamızın ümumtəhsil məktəbləri də istisna deyil. Mərkəzi Aran Regional Təhsil İdarəsi olaraq biz də bütün maddi-texniki, təşkilati və intellektual imkanlarımızı səfərbər edərək müasir milli tariximizdə müstəsna əhəmiyyət kəsb edən bu mühüm prosesə qoşulmuşuq və bundan sonsuz qürur duyuruq. Bizə siyasi müstəqilliyin, dövlətçiliyin, azadlığın və istiqlaliyyətin vəhdətindən yaranmış Yeni Azərbaycanı bəxş edən Ulu öndər Heydər Əliyevə dünya durduqca minnətdar olacayıq. Bu gün ən uca zirvələrdə qürurla dalğalanan bayrağımıza, düşməni 44 gün ərzində diz çökdürən ordumuza, 30 ildən sonra özümüzə qayıdan milli qürurumuza, xalqlar sırasında tutduğumuz şərəfli yerimizə və bizi inamla işıqlı gələcəyə aparan milli liderimizə – Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Ulu öndər Heydər Əliyevə , torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizə və qazilərimizə bir ömür boyu borclu olacayıq.

Keçidlər